Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:55

ABŞ Belarusa ‘rəqabətli qiymətlərlə’ neft təklif edir


Mike Pompeo
Mike Pompeo

ABŞ Dövlət Departamenti bildirir ki, “Birləşmiş Ştatların şirkətləri Belarusa rəqabətli bazar qiymətləri ilə neft satışına dərhal başlamağa hazırdırlar”.

Belarus Rusiyanın neft təchizatından tamamilə asılıdır və Moskva neft qiymətlərinə dair Minskin istəklərini qəbul etmir.

Dövlət Departamentinin sözçüsü deyib ki, MIke Pompeo martın 13-də belarus həmkarı Uladzimir Makeylə telefon söhbətində ona ABŞ-ın Belarusun suverenliyinə tam dəstək verdiyini xatırladıb.

Pompeo bundan bir ay əvvəl Minskə səfəri zamanı demişdi ki, ABŞ Belarusla sıx bağlar qurmağa çalışır, lakin Minskin Vaşinqton və Moskva arasında seçim etməsində təkidli deyil.

Son vaxtlarda neft və qazın qiymətinə görə Belarus lideri Alyaksandr Lukashenka ilə Rusiya prezidenti Vladimir Putin arasında çoxsaylı mübahisələr olub.

Martın 11-də Belarus baş naziri Syarhey Rumas demişdi ki, dünya bazarında neft qiymətlərinin kəskin düşməsi Minskin Moskva ilə yenidən danışıqlara girməsi üçün əlverişli şərait yaradır.

Ötən fevralda Alyaksandr Lukashenka Rusiya Belarusa neft təchizatını dayandırarsa, nefti tranzit kəmərindən götürəcəyi ilə hədələmişdi.

Rusiyadan Avropaya günə 1 milyon barrel neft nəql edən 4 min kilometrlik Drujba kəməri Belarus ərazisindən keçir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG