Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

ABŞ və Belarus 11 illik fasilədən sonra ‘səfir mübadiləsi’ edəcək


Belarus prezidenti Alyaksandr Lukashenka ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini David Hale-i qəbul edib
Belarus prezidenti Alyaksandr Lukashenka ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini David Hale-i qəbul edib

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini David Hale deyib ki, Birləşmiş Ştatlar və Belarus 11 illik fasilədən sonra səfir mübadiləsi edəcəklər.

Son 11 ildə ABŞ-ın Belarusda, Belarusun isə ABŞ-da səfirləri olmayıb.

Minskə səfəri zamanı Hale jurnalistlərə deyib ki, səfirlərin göndərilmə vaxtı onun prezident Alyaksandr Lukashenka ilə görüşündən sonra bəlli olacaq.

Hale deyib ki, “səfir mübadiləsi” iki ölkə arasında bağların bərpa edilməsində “tarixi addım” olacaq.

Birləşmiş Ştatlar və Avropa İttifaqı 25 ildir ki, Lukashenka-nın hakimiyyəti altında olan Belarusa 2006-cı ildən sanksiyalar qoyub.

Sanskiyaların qoyulmasına səbəb həmin il keçirilmiş prezident seçkisinin ardınca müxalifətin təqibinə başlanması idi.

Belarus sanksiyalara cavab olaraq 2008-ci ildə ABŞ-dakı səfirini geri çağırmışdı. Bundan az sonra ABŞ səfiri Belarusu tərk etmişdi.

Ötən ay ABŞ-ın indi artıq keçmiş milli təhlükəsizlik müvaşaviri John Bolton Minskə səfər etmişdi.

Boltonla görüşündən sonra Lukashenka demişdi ki, öz ölkəsi ilə ABŞ arasında münasibətlərin “yeni fəslinin açılmasını” istəyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG