Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

ABŞ-a və Avropa İttifaqına rəğbətli rusiyalıların sayı kəskin artıb


Nyu York şəhəri
Nyu York şəhəri

Son üç ayda Birləşmiş Ştatlara və Avropa İttifaqına müsbət yanaşan rusiyalıların sayı müvafiq olaraq 1112 faiz artıb.

AzadlıqRadiosunun Rus xidməti Moskvadakı Levada ictimai rəyi öyrənmə mərkəzinə istinadən yazır ki, bu sorğu avqust ayının sonlarında Rusiya Federasiyasının 50 subyektinin 137 yaşayış məntəqəsində keçirilib.

Əgər may ayında ABŞ-a rəyi soruşulanların 27 faizi rəğbətli idisə, indi bu rəqəm 38-dir.

May ayında respondentlərin 33 faizi Avropa İttifaqına yaxşı baxdığını bildirmişdi, indi bu rəqəm 45 faizə çatıb.

Bu da qeyd olunur ki, Avropaya yaxşı münasibət bəsləyən rusiyalıların sayı Moskvaya qarşı Krımın ilhaqına və Ukraynanın şərqindəki təcavüzə görə sanksiyalar qoyulandan bəri ən yüksək həddinə çatıb.

Bununla belə rəyi soruşulanların 55 faizi Rusiyanı Avropa ölkəsi hesab etmədiyini deyib.

On il əvvəl belə düşünənlərin sayı iki dəfə az idi.

Eyni sorğu göstərib ki, Almaniyaya “əsasən mənfi” münasibət bəsləyənlər çoxalıb.

Almaniyaya mənfi münasibət bildirənlər 18 faiz təşkil edib.

Bu, Levada mərkəzinin sorğu keçirməyə başladığı vaxtdan ən yüksək göstəricidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG