Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:52

ABŞ 21 Səudiyyə hərbçisini ölkədən qovur


Pensakola bazasında insidentdən sonra
Pensakola bazasında insidentdən sonra

Dekabrın 6-da Floridadakı hərbi dəniz bazasında üç amerikalının güllələnməsi ilə bağlı təhqiqatın başa çatmasının ardınca Birləşmiş Ştatlarda hərbi təlim keçən 21 Səudiyyə kursantının ölkədən çıxarılmasına dair qərar qəbul edilib.

ABŞ-ın baş prokuroru William Barr yanvarın 13-də bu hadisəni terror aktı adlandırıb.

Dekabrın 6-da Pensakola bazasında baş vermiş insidentdə Florida şerifinin müavinlərindən biri Səudiyyə Hərbi Hava Qüvvələrinin kiçik leytenantı Mohammed Saeed Alshamrani-ni güllə ilə vuraraq “zərəsizləşdirmişdi”.

Hadisəni törədən 21 yaşlı Mohammed Alshamrani
Hadisəni törədən 21 yaşlı Mohammed Alshamrani

Barr deyib ki, Səudiyyə kursantlarının bu hücumda iştirakını və ya onun barəsində əvvəlcədən bildiklərini göstərən sübutlar aşkar edilməyib.

Barr deyib ki, buna baxmayaraq 21 səudiyyəli kursantın təlimi dayandırılıb və onlar yanvarın 13-də ABŞ-dan çıxarılmalıdırlar.

Baş prokuror bildirib ki, təhqiqat bu kursantların uşaq pornoqrafiyası və ya antiamerika yönümlü islamçı ekstremist saytlarda üzvlüyü olduğunu üzə çıxarıb.

Baş prokuror Florida bazasında amerikalıların öldürülməsini terror aktı adlandırıb və deyib ki, aktı törədənin cihadçı ideologiya ilə hərəkət etdiyi bəlli olub.

Barr bildirib ki, Səudiyyə Ərəbistanı bu təhqiqatla yaxından əməkdaşlıq edib.

XS
SM
MD
LG