Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:21

ABŞ-ın Rusiyadakı səfiri istefa məktubu yazıb


Prezident Vladimir Putin (sağda) və ABŞ-ın Rusiyadakı səfiri on Huntsman bu ilin aprelində
Prezident Vladimir Putin (sağda) və ABŞ-ın Rusiyadakı səfiri on Huntsman bu ilin aprelində

ABŞ-ın Moskvadakı səfiri Jon Huntsman-ın vəzifəsindən istefa edərək Birləşmiş Ştatlara qayıdacağı xəbər verilir.

Bu barədə məlumatı ABŞ mediası səfirin prezident Donald Trump-a məktubuna istinadən verib.

ABŞ-ın bir sıra media qurumları avqustun 6-da Huntsman-ın məktubunu dərc ediblər.

Bu da xəbər verilir ki, istefa oktyabrın 3-dən qüvvəyə minəcək. Bu müddət ərzində Vaşinqton onun əvəzinə müvafiq diplomat təyin etməlidir.

ABŞ Dövlət Departamenti bu barədə AzadlıqRadiosunun sorğusuna hələki cavab verməyib.

Bundan əvvəl Çində səfir olmuş və ABŞ prezidentliyinə namizəd kimi uğursuz cəhd etmiş Huntsman məktubunda yazır ki, Rusiyanı, Birləşmiş Ştatları və onun müttəfiqlərini hədələyən hərəkətlərinə görə “məsul tutulmalıdır”.

Huntsman ABŞ-ın Rusyadakı səfiri vəzifəsinə Trump tərəfindən 2017-ci ilin iyulunda təyin edilmişdi.

Növbəti ay onun namizədliyi Senatda yekdilliklə təsdiq olunmuşdu.

Huntsman-ın təyinatı Rusiya ilə ABŞ arasında münasibətlərin son dərəcə mürəkkəb vaxtına təsadüf edirdi.

Həmin dövrdə prezident Trump Rusiya prezidenti Vladmir Putinə heyranlığını açıq ifadə edir və Moskva ilə daha yaxşı münasibətlər istədiyini bildirirdi.

Buna baxmayaraq ABŞ-ın kəşfiyyat agentlikləri Rusiyanın 2016-cı il ABŞ prezident seçkisinə müdaxilə etdiyinə dair yekdil rəyə gəlmişdi.

Bu dövrdə habelə Vaşinqton Rusiya üzərinə yeni sanksiyalar elan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG