Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:07

Azər Qasımlı: 'Futbol sadəcə bəhanədir'


A.Qasımlı
A.Qasımlı

ReAL Partiyasının mayın 26-na planlaşdırılmış tədbirinə razılıq verilməyib.

Bu barədə AzadlıqRadiosuna partiyanın Məclis üzvü Azər Qasımlı bildirib. Onun sözlərinə görə, mayın 26-da ReAL üzvləri Bakıda İstiqlaliyyət abidəsinin önündə toplaşıb, gül qoymaqla Xalq Cümhuriyyətinin 101-ci illiyini qeyd etməli idilər.

A.Qasımlının əlavə etməsinə görə, bu gün, mayın 24-də Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) ReAL sədri İlqar Məmmədova bildirilib ki, mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final matçı ilə bağlı təhlükəsizlik tədbirlərinə görə tədbirin şəhərin mərkəzində keçirilməsi məqsədəuyğun deyil. BŞBPİ-nin əməkdaşları ReAL-a tədbirin keçirilməsindən ötrü Novxanı kəndini (Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin doğulduğu kənd-A.R) məsləhət görüblər.

Bundan əvvəl ReAL Partiyası tədbirin keçirilməsini mayın 28-nə planlaşdırmışdı. Amma ardınca tədbir mayın 26-na keçirilmişdi.

A.Qasımlının sözlərinə görə, şəhərin mərkəzində kütləvi tədbirin qarşısını almaqdan ötrü Azərbaycan hakimiyyəti bir bəhanə kimi Bakıda keçiriləcək Avropa Liqasının final oyunu göstərib: «İstiqlaliyyət abidəsinin ziyarəti final oyunu ilə eyni gündə keçirilmir. Həmçinin, abidə oyun keçiriləcək stadionundan olduqca uzaqdır. Polis tədbirin keçirilməsinə icazə verilməməsini təhlükəsizliklə əlaqələndirir. Lakin inanmıram ki, 28 may günorta saat 12-də hansısa fanat İstiqlaliyyət abidəsinin önündə dava salsın və ya dava salaq. Futbol sadəcə bəhanədir».

Bakıda 28 May yürüşü. 2018
Bakıda 28 May yürüşü. 2018

«Axı şəhərin mərkəzində Rəsulzadənin abidəsi yoxdur»

ReAL-ın sözçüsünə görə, baş verənlərin səbəbi ondan ibarətdir ki, uzun illər Azərbaycan müxalifəti Xalq Cümhuriyyət Gününü Bakının mərkəzində yox, Novxanı kəndində keçirib: «Axı şəhərin mərkəzində Məmməd Əmin Rəsulzadənin bir dənə də olsun abidə yoxdur. Bu qayda keçən ilə qədər işləyirdi. Keçən il isə ReAL və sivil toplum nümayəndələri Cümhuriyyətin 100 illiyi ilə bağlı şəhərin mərkəzinə kütləvi yürüş keçirtdilər, bunun nəticəsində 5 nəfər inzibati qaydada həbs olundu və hakimiyyət indi bunun təkrarlanmasını istəmir. Ona görə də bizi Novxanıya göndərir».

Hüquqşünas Samirə Ağayeva isə AzadlıqRadiosuna bildirib ki, abidənin ziyarətinə məhdudiyyət qoyulması sərbəst toplaşmaq azadlığına ziddir: «Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanla bağlı yüzlərlə bu tipli işlər var və artıq çoxlu qərarlar qəbul olunub».

Bakı Şəhər Baş Polis İdarəsindən və Daxili İşlər Nazirliyindən isə məsələ ilə bağlı münasibət almaq, hələlik, mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə bütün fundamental hüquqların qorunduğunu vurğulayırlar.

Xatırlatma

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də yaradılıb. 1920-ci ildə Rusiyanın silahlı müdaxiləsi nəticəsində süqut edib. 1991-ci ildə elan edilən Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğu açıqlanıb.

Bu il mayın 29-da Bakıda Avropa Liqasının finalı görüşü olacaq. Finalda Londonun «Çelsi» və «Arsenal» klubları üz-üzə gələcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG