Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:05

Ağstafada silahlı insident. Ölənlər var


«Kalaşnikov»
«Kalaşnikov»

Ağstafada 4 nəfərin güllələnməsinə aid rəsmi açıqlama

Ağstafa rayonunda baş verən silahli insidentlə bağlı Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Rəsmi qurumların bildirdiyinə görə, iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında silahlı hadisə baş verməsi ilə bağlı onlara məlumat daxil olub. Həmin məlumatda bazarda satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanın, oğlanları Novruz Şəmiddinin, habelə Ağgöl kənd sakini Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirildikləri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri aldığı qeyd edilir.

Rəsmi açıqlamaya görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

«İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə törədilməsi, bu zaman onun «Kalaşnikov» markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub», - Daxili İşlər Nazirliyi və Baş Prokurorluq iddia edir.

Həbs edilən var

E.Süleymanovun Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olduğu, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim etdiyi vurğulanır: «Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib».

Rəsmi açıqlamaya, hələlik, həbs edilən şəxsin və ya vəkillinin münasibətini almaq mümkün olmayıb.

+++

Bu gün, iyunun 17-də Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisində silahlı insident qeydə alınıb.

«Report»un xəbərinə görə, həbsdən yenicə çıxmış şəxs bazarda atəş açaraq 7 nəfəri güllələyib. 3 nəfərin öldüyü, 4 nəfərin də yaralandığı bildirilir. Verilən məlumata görə, yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG