Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:32

Ağ Ev maska taxmağa başlayır


Vitse-prezident Mike Pence-in işçilərindən birində koronavirus yoluxması aşkar edildikdən sonra xəstəliyin daha da yayılmaması məqsədilə Ağ Evin heyəti maska taxmağa başlayıb.

Ağ Ev mayın 8-də Pence-in əməkdaşlarından birində koronavirus aşkar olunduğunu təsdiqləyib, lakin daha geniş təfərrüat verilməyib.

Bundan bir gün əvvəl prezident Donald Trump-ın şəxsi xidmətçilərindən birinin koronavirusa yoluxduğu xəbər verilmişdi.

Bu, ölkə rəhbərliyinin sağlamlığından ciddi narahatlığa səbəb olub.

Birləşmiş Ştatlarda indiyədək 1.3 milyon nəfər COVID-19 xəstəliyinə yoluxub, bunlardan 76 mini vəfat edib.

Ağ Evdə prezident və vitse-prezidentin gündəlik qaydada test edilməsinə başlanıb. Bundan əvvəl onlar həftədə yalnız bir dəfə qan analizi verirdilər.

Trump və Pence maskadan imtina edirlər

Mayın 8-də Donald Trump Fox News telekanalına müsahibəsində bəzi işçilərinin maska taxdıqlarını bildirmişdi.

ABŞ Xəstəliklərə Nəzarət və Profilkatika Mərkəzi ötən ay vətəndaşlara virusun yayılma sürətini azaltmaq məqsədilə maska taxmağı tövsiyə etmişdi.

Buna baxmayaraq Trump və Pence ictimai təmasları zamanı maska taxmaqdan imtina edirdilər.

Məsələn aprelin 29-da vitse-prezident xəstəxanaya baş çəkərkən maska taxmadığına görə tənqid edilmişdi.

Pence-in işçilərindən birinin koronavirusa yoluxması onun Ayova ştatına səfərini ləngidib.

O orada “məsuliyyətli” toplantılar məsələsini müzakirə etmək üçün ruhani liderlərlə görüşməliydi.

XS
SM
MD
LG