Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:08

Ağ Dəbilqəlilərin təsisçisinin İstanbulda ölü tapıldığı xəbər verilir


James Le Mesurier
James Le Mesurier

Reuters də daxil Türkiyə və Qərb mediası müxtəlif mənbələrə istinadən bildirir ki, noyabrın 11-də keçmiş Britaniya zabiti, Suriya müharibəsi başlanandan sonra Ağ Dəbilqəlilər humanitar təşkilatını təsis etmiş James Le Mesurier-in meyiti İstanbulda aşkar edilib.

Le Mesurier Rusiya hakimiyyət orqanları tərəfindən tez-tez tənqid edilirdi.

Le Mesurier-in ölümü barədə xəbər hələlik rəsmən təsdiqlənməyib, lakin xəbəri verən qurumlar diplomatlara istinad edirlər.

Hələlik cənab Le Mesurier-in ölüm səbəbi haqda da məlumat verilmir.

Bəzi məlumatlara görə Le Mesurier-in meyiti yaşadığı evin pəncərələrinin altında tapılıb. Media bundan çıxış edərək ölümün zorakı ola biləcəyini yazır.

Ağ Dəbilqəlilər (Suriya Mülki Müdafiəsi) – könüllü təşkilatı 2013-cü ildə yaradılıb.

Təşkilata Britaniya və ABŞ maliyyə dəstəyi göstərir.

Ağ Dəbilqəlilər Suriya ərazisində, Bashar al-Assad rejiminin nəzarətində olmayan ərazilərdə işləyirlər.

Ağ Dəbilqəlilər Suriyada
Ağ Dəbilqəlilər Suriyada

Təşkilat fəaliyyətinin siyasi olmadığını bildirsə də, rəsmi Dəməşqi və Rusiya başda olmaqla onun müttəfiqlərini daim mülki obyektlərin bombardman edilməsində və kimyəvi silahdan istifadədə ittiham edir.

Rusiya XİN isə öz növbəsində Ağ Dəbilqəliləri dağıntı və kimyəvi silahdan istifadəni səhnələşdirməkdə, saxtakarlıqda və terrorçularla əlaqədə ittiham edir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, elə bundan bir neçə gün əvvəl – noyabrın 8-də Rusiya XİN-in sözçüsü Maria Zakharova James Le Mesurier-in Britaniya kəşfiyyatının keçmiş zabiti olduğunu, terroçularla əlaqə qurduğunu demişdi.

XS
SM
MD
LG