Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 02:50

Moldovanın Konstitusiya Məhkəməsi müxalifətin tələbini yerinə yetirdi


Kişinyovda etiraz aksiyası, 12 aprel 2009
Kişinyovda etiraz aksiyası, 12 aprel 2009

Moldovanın Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin yenidən sayılması haqda qərar çıxarıb. Aprelin 5-də keçirilən və müxalifətlə polis arasında iğtişaşlara yol açan parlament seçkilərinin nəticələrinə yenidən baxmağı prezident Voronin Məhkəmədən xahiş etmişdi.

Konstitusiya Məhkəməsinin sədri Dimitri Pubelere deyib ki, Mərkəzi Seçki Komissiyasının səsləri yenidən saymaq üçün 9 gün vaxtı var. Pubelere onu da bildirib ki, bu prosesin tərkib hissəsi olaraq seçici siyahıları da yoxlanacaq. Siyahıların yoxlanması müxalifətin əsas tələblərindəndir.

Müxalifət liderlərindən Vlad Filat aksiya zamanı, 12 aprel 2009

Aprelin 12-də minlərlə müxalifətçi yenidən Moldova paytaxtı Kişinyovda nümayişə çıxıb. Onlar parlament seçkilərində saxtakarlıqlara yol verildiyini bildirirlər.

Nümayişçilər hökumət binasının qarşısına toplaşaraq anti-kommunist şüarlar səsləndiriblər.

Liberal Demokrat Partiyasının sədri Vlad Filat deyib ki, əvvəlki nümayişlər zamanı yüzlərlə gənc aksiyaçı həbs edilərək polis tərəfindən döyülüb.

Filat aksiya zamanı Azadlıq Radiosunun Moldova xidmətinə bunları deyib.

“Buz hökumətə müraciət edirik ki, başladıqları terror kampaniyasına son qoysunlar. Siyasi motivlərlə tutulan bütün şəxsləri azad etsinlər, seçici siyahılarının dəqiqliklə yoxlanması üçün şərait yaratsınlar.


Müxalifətdə olan başqa bir partiyasının - Bizim Moldova partiyasının sədri Serafim Urexean da eyni yürüşdə iştirak edib.

“Kommuhistlər tələsirlər, çünki anlayırlar ki, biz seçkinin saxtalaşdırıldığını sübut edəcəyik, ona görə də özlərini qanuni yolla seçilmiş hakimiyyət elan etməyə tələsirlər”.

Mərkəzi Seçki Komissiyası parlament seçkilərində kommunist prezident Voroninin tərəfdarlarının qalib gəldiyini elan edib. Seçkidən sonra keçirilən mitinqlər isə iğtişaşlar ilə nəticələnib.

Voronin Konstitusiya Məhkəməsinə müraciət edib ki, səslərin yenidən sayılmasına icazə verilsin. Müxalifət isə deyir ki, problem seçici siyahılarındadır, çünki həmin siyahılarda çoxlu “ölü canlar” var.

Avropa Birliyi və Amerika moldovanları sakitliyə çağırıb.

XS
SM
MD
LG