Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 21:44

Bakı Metropoliteninin qatarında nasazlıq olub


Aprelin 26-sı saat 09:30 radələrində Bakı Metropolitenində «Azadlıq prospekti» - «Həzi Aslanov» istiqamətində hərəkət edən sərnişinlər «Nizami» stansiyasında qatardan düşürdülüb.

Metropolitenin baş mühəndisi Elbrus Muradovun verdiyi məlumata görə, buna səbəb qatarda aşkarlanan nasazlıq olub:

«Təhlükəsizlik texnikası şərtlərinə uyğun olaraq sərnişinlərdən «Nizami» stansiyasında qatarı tərk etmək xahiş olunub. Həmin qatar depoya yola salınıb. Digər qatarlar qrafikə uyğun hərəkətini davam etdirir». /APA/
XS
SM
MD
LG