Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 05:19

«WikiLeaks»: «Quantanamoda saxlananların çoxu terrorçu deyilmiş»


Quantanamoda namaz, 28 oktyabr 2009
Quantanamoda namaz, 28 oktyabr 2009
Amerikanın Quantanamo hərbi bazasındakı həbsxanada uzun illər günahsız şəxslərin saxlandığı məlum olub.

«WikiLeaks»in yaydığı ABŞ Müdafiə Nazirliyinə məxsus məxfi məlumatlardan bu qənaətə gəlmək mümkündür. Həmin materialları bir çox qəzetlər, o cümlədən «The Guardian» yayıb.

Sənədlərdə Quantanamoda məhbus həyatı yaşamış 779 adamın hər biri haqqında məlumat var. Onlardan yalnız 220 nəfəri təhlükəli terrorçu hesab olunub.

380 nəfər Əfqanıstan və Pakistandan olan adi döyüşçülərdir. Onlardan 150 nəfəri bu ölkələrin vətəndaşları olsa da, terror fəaliyyəti ilə heç bir əlaqəsi olmayıb.

Quantanamoda 2002-ci ildən terrorçuluqda ittiham olunan xarici vətəndaşlar saxlanılır.

Hazırda bu həbsxanada 172 adam məhbus var.

Inside Guantanamo
Gözlə
Embed

No media source currently available

0:00 0:00:58 0:00
XS
SM
MD
LG