Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:58

«Facebook», məmurların müxalifətə keçməsi ehtimalı və...


Mətbuat icmalı
Mətbuat icmalı
««FACEBOOK» MƏNİM HƏYATIMIN AYRILMAZ BİR HİSSƏSİDİR»

«Azadlıq» qəzeti
24-25 aprel tarixli sayında millət vəkilliyinə keçmiş namizəd Xalisə Şahverdiyevanın «Facebook» dünyasını oxuculara tanıdır. X. Şahverdiyeva deyir ki, bu sosial şəbəkənin müəyyən qrup əhali ilə məlumatların paylaşmasında rolu var:

«Amma düşünürəm ki, ölkədə köklü dəyişikliklər etmək üçün əhalinin narazı hissəsi ilə sıx işləmək lazımdır. «Facebook» təşkilatçılıq işlərində əhəmiyyətli yardımçı ola bilər».

İNQİLABLAR OLAN ÖLKƏLƏRDƏ HAKİMİYYƏT MONOLİT QALMAYIB

«Yeni Müsavat» qəzeti son sayında «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazovla müsahibə çap edib. «İnqilab küləyi əsən bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da hakimiyyət daxilində parçalanmaların olması, hansısa məmurun müxalifətə keçməsi mümkündürmü» sualına E. Namazov belə cavab verib:

«İnqilablar olan ölkələrin heç birində hakimiyyət monolit qalmayıb. Çünki o hakimiyyəti birləşdirən güclü amillər olmalıdır. Bu amillər isə yalnız milli maraqlara, ideologiyaya söykənə bilər. Söhbət şəxsi maraqlardan gedirsə, onda vəziyyət gərginləşəndə hər bir məmur fikirləşir ki, mənim şəxsi marağım nədən ibarətdir ki, artıq üzü o yana olan siyasəti müdafiə etməyim. Əgər mən Azərbaycanda qalmaq, yaşamaq istəyirəmsə, övladlarım, ailəm bu ölkədə yaşamaq niyyətindədirsə, gərək xalqın mövqeyini nəzərə alam. Əgər məmurlar öz şəxsi maraqlarından çıxış edirlərsə, deməli, vaxt gələndə onların şəxsi maraqları diktə edəcək ki, öz gələcəklərini təmin etmək, ailələrinin Azərbaycanda yaşaması üçün cəmiyyətin istək və arzularına uyğun addımlar atsınlar».

«AZƏRBAYCANDA RADİKALÇILIĞA, AQRESSİVLİYƏ YER YOXDUR»

«Azərbaycan» qəzeti «Radikal müxalifətçilik öz mövqeyini və ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur» sərlövhəli yazı dərc dib. YAP-ın icraçı direktoru Əli Əhmədov deyir ki, bir neçə gənci aldadaraq küçələrə tökməklə kütləvi aksiya keçirmək mümkün deyil:

«Radikal müxalifətçilik öz mövqeyini və ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur. Əgər onlar bu reallığı dərk etməsələr, səhv mövqelərini davam etdirməkdə israrlı olsalar, Azərbaycan cəmiyyətinin onlara münasibəti daha da kəskinləşəcək. Onların sıralarında qalan az sayda adamlar da həmin partiyalardan kənarlaşacaq, aldadılıb cəlb olunan gənclər isə səhv yola cəlb olunduqlarını dərk edəcəklər. Azərbaycanda radikalçılığa, aqressivliyə yer yoxdur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG