Keçid linkləri

2026, 20 May, çərşənbə, Bakı vaxtı 17:37

Suriya hökuməti Deraa şəhərinə zirehli texnika yeridilib

Suriyanın Deraa şəhərinə zirehli texnika yeridilib.

“Əl-Cəzirə” telekanalı şahidlərə istinadən şəhərdə təhlükəsizlik qüvvələrinin əməliyyat keçirdiyini xəbər verir.

Bazar günü xüsusi xidmət orqanları Jebla şəhərində reyd keçirib. Bu reyddən əvvəl şəhərdə kütləvi etiraz aksiyası keçirilmişdi. Verilən xəbərlərə görə, azı 9 yerli sakin güllələnib. Cümə günü isə Suriya müxalifəti üçün ən qanlı gün olmuşdu. Hökumət qüvvələri ilə aksiyaçılar arasında baş verən toqquşmalarda azı 100 adam öldüyü bildirilirdi.

Suriyada bir aydan çoxdur ki, prezident Bashar Asadin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 300-dən çox adam həlak olub.
This item is part of
XS
SM
MD
LG