Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

«Üç ay ərzində Saatlı rayonunda 123 yeni iş yeri açılıb»


Bu barədə Saatlı Rayon İcra Hakimiyyətində 2011-ci ilin üç ayı ərzində sosial-iqtisadi inkişafının yekunları ilə bağlı keçirilən yığıncaqda məlumat verilib.

AzərTAc-ın məlumatına görə, iclasda çıxış edən icra başçısı Siraqəddin Cabbarov deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul istehsalı 50,4 faiz artaraq 24 milyon 29 min manat olub.

İclasda regionda analoqu olmayan "Biyan" məhsulları istehsalı zavodunun istifadəyə verildiyi də bildirilib.

“Rayon icra hakimiyyətinin binası önündə ulu öndər Heydər Əliyevin qranit büstü qoyulub, ətrafında abadlıq işləri aparılıb”.

Bunu Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov 2011-ci ilin üç ayı ərzində sosial iqtisadi inkişafın yekunlara həsr olunmuş iclasda deyib. (Laçın rayonu işğal altında olduğundan bu rayonun icra hakimiyyəti Ağcabədi rayonun Taxtakörpü qəsəbəsində yerləşir)

Ramiz Cəbrayılov Taxtakörpü qəsəbəsində tikinti-abadlıq işlərinin davam etdirildiyini, laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlərin görüldüyünü də bildirib.
XS
SM
MD
LG