Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:27

Honkonqlu valideynlər: həm qəddar, həm qayğıkeş


Sorğular göstərir ki, Honkhonqlu valideynlərin üçdə ikisi uşaqlarının təhsildəki uğurlarını onların sağlamıqlarından daha yüksək qiymətləndirirlər.

Valideynlərin 72,2 faizi övladlarının təhsildəki nəticələrini “xüsusilə vacib” qiymətləndirdikləri halda, ancaq 10,9 faiz “sağlıq durumu”nun nəticələrini “xüsusilə vacib” hesab edir.

Sorğunun nəticələri Çin-Amerika müəllifi olan Amy Chuanın keçən il bestsellerə çevrilmiş ciddi əsərindən sonra qeydə alınıb. O zaman əsər kəskin tənqidlə üzləşmişdi.
Müəllif yazır ki, çinli valideynlər yumşaq Qərb üsullarına nəzərən daha qəddar və ancaq işgüzarlığa hesablanmış tərbiyə üsullarından istifadə edirlər.

Amy Chua iddia edir ki, valideynlər piano dərslərini və ev tapşırıqlarını yerinə yetirmələri üçün qızlarına “ultraciddi” rejim yaradırlar. Hətta Birləşmiş Ştatlarda belə çinli immiqrantlar uğur əldə etməkdən ötrü övladlarından bu cür “qəddarlıqlar”ından əl çəkmirlər.

Honkonqlu valideynlər “yanıltmac” növlü imtahan sistemindən istifadə etməkdə və təhsil uğurlarına yüksək önəm verməkdə məşhurdurlar.

Yerli 10 yaşlı əkizlər Britaniya orta məktəb imtahanlarını asanlıqla veriblər. Estephe and və bacısı Perrine Corlin riyaziyyatda 16 yaşlı yeniyetmələrin göstərə biləcəyi “usta” nəticələr sərgiləyiblər. Bu da onların analarının üzücü qrafiki nəticəsində baş verib.
Amma sorğular başqa bir nəticəni də ortaya çıxarıb - honkonqlu valideynləri həm də uşaqlarını ərkoyün boyütməyə meyllənirlər, onların hər bir şıltaqlığına qatlanırlar. Valideynlərin səksən yeddi faizi bildirib ki, evdə uşaqların qayğısına qalmaq üçün köməkçi tutmağa hazırdırlar. Rəyi soruşulanların təxminən yarısı deyib ki, uşaqları ev tapşırığını və ya səhər yeməyini götürməyi unudublarsa, işdən dərhal icazə almağa hazırdırlar.

Plaza Hollywood ticarət mərkəzi qrupu tərəfindən aparılan sorğu üç və 16 yaş arasındakı olan uşaqlara malik 629 valideyn arasında aparılıb.

Sayta hazırladı: Şahnaz Bəylərqızı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG