Keçid linkləri

2026, 19 Avqust, çərşənbə, Bakı vaxtı 01:21

Yəməndə etiraz aksiyaları hələ də davam edir

Yəmən prezidenti Ali Abdulla Salehin hakimiyyəti dinc yolla verməyə hazır olmasına baxmayaraq, ölkədə hökumət əleyhinə nümayişlər davam edir.

7 müxalifət partiyasının birləşdiyi koalisiya bazar günü hakimiyyətin dinc ötürülməsilə bağlı Fars Körfəzi Ölkələri Şurasının təklif etdiyi planı qəbul etsə də bildirib ki, bu o demək deyil ki, aksiyalar təcili dayandırılmalıdır.

Ölkədəki gənclər hərəkatının fəalları prezidentin hüquqi toxunulmazlığını nəzərdə tutan istənilən planın qəbuledilməz olduğunu bildiriblər.

Bu planda prezident Ali Abdullah Salehin 30 gün ərzində hakimiyyəti vitse-prezidentə verməsi və ölkədə müxalifətin başçılığı ilə milli birlik hökuməti yaradılması nəzərdə tutulur.
This item is part of
XS
SM
MD
LG