Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Milorad Paviçin əsəri Azərbaycan dilində


"Qanun" nəşriyyatı məşhur serb yazarı Milorad Paviçin "Xəzər sözlüyü" romanını Azərbaycan dilində çap edib.

Romanı ruscadan İlqar Fəhmi çevirib.

“Xəzər sözlüyü” Milorad Paviçə çox böyük uğur və dünya şöhrəti gətirmiş romandır.

Bu kitabı Xəzər xaqanlığı ilə bağlı tarixi araşdırma kimi də qəbul etmək olar. Bu araşdırma biri-birilə tez-tez əvəz edilən roman-tik rəvayətlər və tarixi süjetlərlə ifadə olunub.

Möhtəşəm dili Paviçin romanına epos bənzərliyi verir (elə əslində də bu bir eposdur).

Hadisələr yuxu ilə gerçəkliyin sərhədində dövr edir və bu da kitabın süjetinə, onun qəhrəmanlarına və onları əhatə eləyən dekorasiyalara müəyyən mənada sürreal məna verir.

Bu kitab haqda əsrarəngiz süjetə malikdir demək də, ümumiyyətlə heç bir süjeti yoxdur, demək də olar.

Onu da demək yerinə düşər ki, kitabın iki – həm kişilər, həm də zərif cins üçün yazılmış versiyası var. Versiyalar arasında fərq nəzərə çarpmayacaq dərəcədədi.

“Sözlük” qırmızı, yaşıl, sarı olmaqla üç kitabdan ibarətdir. Hər kitab Xəzər xaqanlığı tarixinin müstəqil versiyasıdı.

Kitabın süjetinin əsasında xəzərlərin dini mənsubiyyət məsələsi durur və oxucuya da bu məsləyə xristian, müsəlman və iudazim baxış acısından boylanmaq təklif edilir.

Bu cür fəndgir yanaşma heç də kitabın başlıca məziyyəti deyil. “Xəzər sözlüyü” müəllifin öz oxucuları ilə apardığı çox parlaq intellektual oyundur.

Bir sıra nəzəriyyəçilər bu kitabı postmodern qılafla örtülmüş anti-postmodern hesab eləyirlər.

qanun.az

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG