Keçid linkləri

2026, 19 İyul, bazar, Bakı vaxtı 20:06

Suriyada ölənlərin sayı 25-ə çatıb

Suriyada təhlükəsizlik qüvvələrilə nümayişçilər arasında baş verən toqquşmalarda ölənlərin sayı 25-ə çatıb.

Hüquq müdafiəçiləri onlardan 10-nun Deraa şəhərində öldürüldüyünü deyirlər.

Ölkə paytaxtı Dəməşq ətrafındakı xəstəxanaya isə azı 5 cəsəd gətirilib.

Məlumatlara görə Dəməşqdə azı 2 kütləvi etiraz aksiyası keçirilib,polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Hüquq müdafiəçiləri təhlükəsizlik qüvvələrinin Hama və Homs şəhərlərində nümayişçilərə atəş açdıqlarını deyirlər.
This item is part of
XS
SM
MD
LG