Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:36

Senator McCain Benqazidə üsyançılarla görüşüb


Ameriaklı senator Con Makkeyn ( John McCain) Liviya üsyançılarıyla görüşmək üçün Benqaziyə gedib.

McCain üsyançıları qəhraman adlandırıb və bildirib ki, Birləşmiş Ştatlar Gaddafi rejiminə qarşı hərbi əməliyyatlarda daha yaxından iştirak etməlidir və onlara havadan daha çox dəstək lazımdır.

McCain konqresdə ABŞ-ın Liviyaya hərbi müdaxilə etməsinin ən qəti tərəfdarlarından biridir.

Birləşmiş Ştatların müdafiə naziri Robert Gates cümə axşamı bildirib ki, ABŞ Gaddafi qüvvələrinə qarşı pilotsuz təyyarələrdən istifadə edəcək və artıq prezident bunu təsdiqləyib.
XS
SM
MD
LG