Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

İsa Qəmbər Abutalıbova müraciət etdi


Əli Kərimli və İsa Qəmbər
Əli Kərimli və İsa Qəmbər
Paytaxtda mitinqlərə yeni yerlərin ayrılması üçün Müsavat başqanı İsa Qəmbər Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktub göndərib.

Ictimai Palata aprelin 29-da mitinq keçirməklə bağlı qərar verməlidir. Müsavat başqanı icra başçısından həmin müddətə qədər bu məsələnin həlli üçün sərəncam verməsini xahiş edib.

Aprelin 7-də də icra başçısına oxşar müraciət göndərilmişdi. Müzakirələr üçün İctimai Palatanın Koordinasiya Şurasının üzvləri Aqil Səmədbəyli və Mehriban Vəzirə səlahiyyət verilmişdi.

İsa Qəmbər həmin şəxslərlə danışıqlar aparılmasını yenidən gündəmə gətirib.

Məktubda deyilir:

«Mitinq barədə müraciət etməzdən əvvəl hər hansı anlaşılmazlığın olmaması üçün razılıq verilməsi güman olunan ünvanın dəqiqləşdirilməsini məqsədəuyğun saymışdıq. Təəssüf ki, bu müraciətimizə cavab verilmədi və hesab edirik ki, aksiya keçirilərkən arzu olunmayan gərginlik yaşandı, yüzlərlə insan saxlandı, Azərbaycanda sərbəst toplaşmaq azadlığı məsələsi dünya mediası və beynəlxalq təşkilatların gündəminə gəldi, bəyanatlar verildi.

Bir daha Sizə müraciət edərək təklifimizi təkrarlayırıq və xahiş edirik ki, yuxarıda göstərilən məqsədlə ayrılmış nümayəndələrimizi qəbul edəsiniz, qarşılıqlı məqbul razılığın əldə olunması məsələsini həll edəsiniz».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG