Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:36

Hacıqabulda qəza zamanı 1 nəfər ölüb, 18 nəfər xəsarət alıb


Azərbaycanın Hacıqabul rayonu ərazisində mikroavtobus qəzaya uğrayıb, bir nəfər ölüb, 18 nəfər yaralanıb.

Hadisə aprelin 22-də saat 10.00 radələrində Bakı-Qazax yolunun 112-ci kilometrliyində qeydə alınıb.

Qəzaya uğrayan Bakı Dərin Özüllər Zavoduna məxsus “Hyundai” markalı avtobus sərnişinləri Goranboy rayonuna yas mərasiminə aparırmış. Qəzada xəsarət alan yaralılar Şirvan və Hacıqabul rayon xəstəxanalarına çatdırılıb, onlara ilkin yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG