Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 04:52

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri görüşəcək


Aprelin 22-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri görüşür. Bu məqsədlə Xarici İşlər Naziri Elmar Məmmədyarov bu gün səhər Rusiyaya yola düşür.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Bakıda jurnalistlərə verdiyi açıqlamasında xarici işlər nazirlərinin aprelin sonlarında, Azərbaycan və Ermənistan prezidentlərinin isə yay aylarında görüşəcəklərini bildirmişdi.
XS
SM
MD
LG