Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:18

Həsən Kərimov: «Özümü yaxşı hiss edirəm»


AXCP Ali Məclisinin sədri Həsən Kərimov ürəyindən əməliyyat olunub.

Bu barədə Azadlıqradiosuna Həsən Kərimov özü məlumat verib.

«İndi palatadayam. Əməliyyat uğurlu oldu. Özümü yaxşı hiss edirəm. Hər şey qaydasındadır».

Həsən Kərimov Türkiyənin İstanbul şəhərindəki Siyami Ersek xəstəxanasında yatır.

Aprelin 19-da o, ayaq damarlarındakı problemin aradan qaldırılması üçün əməliyyat olunmuşdu.

Həsən Kərimov aprelin 2-də, İctimai Palatanın mitinqi başa çatdıqdan bir qədər sonra AXCP üzvlərinin birinin mənzilindən qapı sındırılaraq zorla Səbail rayon Polis İdarəsinə aparılıb. Orada 3-cü dəfə infarkt keçirdib. Həsən Kərimov polis idarəsində rəisin onu pis söyüşlərlə təhqir etdiyini bildirmişdi. O, uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirdi.

O bir neçə gün Azərbaycanda müalicə olunduqdan sonra o aprelin 14-də Türkiyəyə yollanıb.
XS
SM
MD
LG