Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 08:46

Liviyada iki xarici jurnalist həlak olub


Misurata şəhərində gedən döyüşlər zamanı iki xarici jurnalist həlak olub, ikisi yaralanıb. Ölənlər - britaniyalı Tim Heterinqon və amerikalı Kris Hondrosdur.

“Restepo” sənədli filminə görə Tim Heterinqonun Oskar makafatına namizədliyi irəli sürülmüşdü. Kris Hondros isə Getty İmages beynəlxalq fotoagentliyinin fotomüxbiri idi.

Misurata şəhərində artıq bir neçə həftədir üsyançılarla Gaddafi qoşunları arasında ağır döyüşlər gedir. Şəhərdə dərman və ərzaq qıtlığı yaranıb. Minlərlə əcnəbi evakuasiya olunacağını gözləyir.

BMT-nin insan haqları komissiyasının rəhbəri Navi Pillay döyüşlərdə kaset bombalarından istifadə edilməsinin hərbi cinayət olduğunu bildirib.
XS
SM
MD
LG