Liviyanın Misrata şəhəri uğrunda ağır döyüşlər gedir.
Hüquq müdafiəçilərinin sözlərinə görə,7 həftədir ki, Gaddafi qüvvələrinin mühasirəsində olan şəhərdə yüzlərlə adam ölüb.
Şəhərdə dərman və ərzaq qıtlığı yaranıb, minlərlə xarici evakuasiya olunacağını gözləyir.
BMT-nin insan haqları komissiyasının rəhbəri Navi Pillay şəhər uğrunda döyüşlərdə kaset bombalarından istifadə edilməsinin hərbi cinayət olduğunu deyir.
Böyük Britaniya, Fransa və İtaliya üsyançıların təşkili və onlar arasında rabitə yaradılmasına kömək məqsədilə Liviyaya hərbi mütəxəssislər göndərirlər.
Amma bu ölkələr bəyan ediblər ki, Liviyaya quru qoşunları yeridilməsindən söhbət getmir.