Keçid linkləri

Təcili xəbərlər
2022, 17 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 07:58

Azərbaycan ordusu Tərtər rayonu ərazisində hərbi təlim keçirib


Azərbaycan ordusu bu gün Tərtər rayonu ərazisində hərbi təlim keçirib.

ANS PRESS-in məlumatına görə, təlimlərdə əsasən artilleriya qüvvələrindən istifadə olunub.

Həmçinin erməni birləşmələri bu gün Tərtər rayonunun işğal altındakı Talış kəndi ilə Azərbaycanın nəzarətində olan Çaylı və Həsənqaya kəndləri arasındakı hərbi təlim keçirib.

Təlim vaxtı erməni birləşmələri Azərbaycan ordusunun Çaylı kəndi ərazisindəki mövqelərini də atəşə tutublar.

10 gün əvvəl də erməni birləşmələri cəbhə bölgəsində irimiqyaslı hərbi təlimlər keçirmişdi.
XS
SM
MD
LG