Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 10:59
Azərbaycanın ən böyük nəşriyyatlarından olan “Qanun” Nəşrlər evi rus redaksiyası açır.

Məqsəd ilk növbədə dünya ədəbiyyatının incilərini Azərbaycanda rusca çap etməkdir.

Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu qanun.az-a deyib ki, rus redaksiyasının yaradılması bazarın tələbindən irəli gəlir.

“Məsələ burasındadır ki, kitab dükanlarının çoxu Bakıda yerləşir. Bakıda isə çoxlu rusdillilər yaşayır. Həmin təbəqənin rus dilində kitablara böyük tələbatı var. Amma Rusiyadan gətirilən kitablar bu tələbatı tam ödəyə bilmir”.

“Qanun” Nəşrlər evi dünya ədəbiyyatının klassikləri ilə yanaşı, müasir yazıçıların da əsərlərini rusca çap etməyi planlaşdırır.

Planda fantastika, detektiv janrında kitabların da çapı var.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG