Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 18:33

Gürcüstan ərazisiylə Ermənistana silah daşınmasını qadağan elədi

Gürcüstan öz ərazisiylə Ermənistandakı Rusiya hərbi bazalarına silah daşınmasına icazə verən qanunu ləğv edib.

Parlamentdəki səsvermədən öncə Xarici İşlər nazirinin müavini Nino Kalandadze deyib ki, bi saziş Gürcüstanın milli maraqlarına zidd idi.

2006-cı ildə Rusiya Gürcüstandakı iki hərbi bazanı bağlayanda imzaladığı sazişə görə, Gürcüstan ərazisiylə yerdən və havadan Ermənistandakı hərbi bazalara silah daşımaq hüququ əldə etmişdi.

2008-ci ildəki Rusiya-Gürcüstan savaşından sonra isə minlərlə rus əsgəri Abxaziya və Cənubiya Osetiya separatçı bölgələrindəki yeni yaradılan rus hərbi bazalarında dislokasiya olunub.
This item is part of
XS
SM
MD
LG