Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Nazilə Gültac. Divar


VƏTƏN XƏRİTƏSİ

Qızım çəkdi Vətən xəritəsini.
Azərbaycan sözünü
yerləşdirə bilmədi,
xəritənin üstünə.
"AZƏR" yazdı,
" BAY" yazdı.
Dedi ki,
"CAN" sözünə
yar azdı.
Məndən
yardım istədi.
Baxdım xeyli
ana yurdun
paralanmış köksünə.
Dağ çəkilən səddinə.
Dəmirqapı Dərbəndin
qapısını döymədim.
"C"- ni cənuba yazdım.
Dedim canımız orda.
Qızım, çoxumuz orda.
"A" qondu Borçalıya.
And yerimizdi dedim.
"N" - ni qərbinə yazdım.
İrəvana xal saldım.
Orda nidamız qalıb.
Orda naləmiz yanıb.
Qızım. indi bax dedim.
Böyük Vətənimizin
bəxtsiz xəritəsinə


SÖZÜN QÜDRƏTİ


İnsanla azadlığı arasına
çəkilən tikanlı məftillərə
öncə insanın səsi ilişir.
Yaralı səs-
işığı öləziyən
gözün son nuru.
Qanı sözə çilənir.
Qanda cücərən sözlər
azadlığa boy atır.
insanla azadlığı arasına
çəkilən məftilləri
sonda sözlər aşır.
Sözlər səsin azadlığıdır.


VƏTƏN

Parçalanıb ələnmisən.
Oğulları didərgin - sən.
Dilim- dilim bölünmüsən.
Vətən.
Xarıgülü bəndə düşən,
Bülbülləri dərdə düşən,
Yolları kəməndə düşən,
Vətən.


DİVAR

Dörd divar arasında
kiçilir göy üzü də.
Bir həsrət
qara bulud kimi
dolanır göy üzündə.
İşıq da can verir,
dörd divar arasında.
Qapı üçün bir divarı
yıxmaq yetər.
Uçulan divardan
görünür həyat.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG