Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Azərbaycandan İrana gedənlərin sayı 4 dəfə artıb


«İran Azərbaycanla birtərəfli qaydada viza rejimini ləğv edib. Həm İrandan, həm də Azərbaycandan qarşılıqlı səfərlər çoxalıb. Azərbaycandan İrana səfər edənlərin sayı 4 dəfə artıb».

Bunu İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bu gün keçirdiyi mətbuat konfransında bildirib. Səfir deyib ki, əgər rəsmi Bakı eyni addımı atarsa, İrandan Azərbaycana səfər edənlərin də sayında bərabərlik yaranar: «Buna görə də hesab edirik ki, 24 saat fəaliyyət göstərən sərhəd-keçid məntəqəsi fəaliyyət göstərməsi əhəmiyyətli olardı».

İkitərəfli görüşlərə toxunan diplomat Azərbaycanla İranın xarici işlər nazirləri arasında keçirilən görüşü səmərəli adlandırıb. Deyib ki, sərhəd-keçid məntəqələrində müştərək gömrük məntəqələrinin açılması ilə bağlı səfirlərə tapşırıqlar verilib.
XS
SM
MD
LG