Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 08:14

AB Çernobılda radiasyanın qarşısını almaq üçün əlavə tədbirlər görür


Ukraynada keçirilən beynəlxalq konfransda Avropa ölkələri Çernobıl AES-dan radiasiya sızmasını dayandırmaq üçün əlavə örtüyün inşasına 550 milyon avro ayırmağa söz veriblər.

Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso artıq dağılan köhnə örtüyün yerinə yenisinin inşası üçün 740 milyon avroya ehtiyac olduğunu bildirmişdi. Amma konfransından sonunda deyib ki, yerdə qalan vəsaitin də toplanacağına əmindir.

Kiyevdə keçirilən beynəlxalq konfrans Çernobıl Atom Elektrik Stansiyasında 1986-cı il aprelin 26-də baş verən faciənin 25-ci ildönümünə həsr edilib.
XS
SM
MD
LG