Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 16:07

Partlayışda ölən və yaralananların sayı 9-a çatıb


Bu gün Kabildə intiharçının Əfqanıstanın Müdafiə Nazirliyində özünü partlatması nəticəsində 2 hərbçi ölüb, 7 nəfər yaralanıb.

Əfqanıstan təhlükəsizlik xidməti əməkdaşının məlumatına görə, intiharçı hərbi forma geyinib. O partlayıcı maddəni işə sala bilib. Həmin vaxt mühafizəçi onu güllələyib.

Hadisəyə görə məsuliyyəti talibançılar üstlərinə götürüb. Talibançılar partlayışı Fransanın müdafiə naziri Jerar Longenin Kabilə səfəri zamanı planlaşdırıbmışlar. Partlayış vaxtı fransalı nazir Müdafiə Nazirliyinin binasında olmayıb.
XS
SM
MD
LG