Keçid linkləri

2026, 10 May, bazar, Bakı vaxtı 09:11

ABŞ-da qasırğadan 30 adam ölüb

ABŞ-ın cənub-şərq ştatlarında baş vermiş qasırğada ölənlərin sayı 30-a çatıb.

Onlarla adam xəsarət alıb, yüzlərlə evə ziyan dəyib, yüz minlərlə adam işıqsız qalıb.

Virciniyada 4, Şimali Karolinada 9, Oklahoma, Missisipi, Arkanzas və Corciya ştatında isə ümumilikdə 17 adam ölüb.

Məlumatlara görə ölkə paytaxtı Vaşinqton və Baltimor şəhərində də qasırğa təhlükəsi gözlənilir.
This item is part of
XS
SM
MD
LG