Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:00

Novruzəli Məmmədovun sonuncu övladı da vəfat etdi


2009-cu ildə həbsxanada vəfat etmiş Talış Mədəniyyət Mərkəzinin sədri Novruzəli Məmmədovun sonuncu övladı, 1974-cü il təvəllüdlü Emil Məmmədov aprelin 16-si səhər Moskvada qəflətən vəfat edib.

Bu barədə Turan agentliyi Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə komitəsinin sədri Hilal Məmmədova istinadla xəbər verir.

2007-ci il sentyabrın 8-də isə Novruzəli Məmmədovun böyük oğlu, 1971-cü il təvəllüdlü Kamran Məmmədov dünyasını dəyişib.

Xəbərdə rəsmi Bakının Məmmədovlar ailəsinə təzyiq və təqibləri indi də davam etdiyi bildirilir.

Son aylar Novruzəli Məmmədovun oğlu Emil Məmmədovun Bakıda bir neçə dəfə naməlum şəxslər tərəfindən psixi və fiziki təzyiqlərilə məruz qaldığı və buna görə 2011-ci il aprelin 13-də Moskvaya getdiyi bildirilir.
XS
SM
MD
LG