Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Süleyman Sani Axundov. Laçın yuvası (2)


əvvəli

P ə r i c a h a n x a n ı m. Bolşevik tərəfinə keçmiş lələni mən istəmirəm. Dinlə, üçüncü verəcəyim cavab qaldı. Bilirsənmi o nədir?

H a d i l ə l ə. Xeyr, xanım.

P ə r i c a h a n x a n ı m. İndi görərsən, çıx, ey itlərcə qəlbimdə məskən etmiş ilan! Çıx, ey zəhərli, məni atəşə yaxan məhəbbət. Orada indi başqa məhəbbət, başqa eşq aşiyan edəsidir. Hadi kişi, Cahangirə de ki, Pəricahanın ürəyi onun üçün daha qapanmışdır. Açmaq istəsə xəncərlə gəlsin. İndi gedə bilərsən.

H a d i l ə l ə. Pəricahan xanım, belə etmə, gəl, sən qoca lələnin məsləhətinə
qulaq as. Bu xanədanın dağılıb pərakəndə düşməyinə bais olma.
P ə r i c a h a n x a n ı m. Bais olan sənin ağan Cahangirdir. Bu nəsihəti ona et.
Daha bitdi. Gedə bilərsən!
H a d i l ə l ə. Cahangir ağa, Cənnət əlinin evində sənin cavabına müntəzirdir.
Onda buyurunuz gedək, mənə verdiyin cavabı onun özünə ver, yoxsa, mən bu ağır
məsuliyyəti öhdəmə götürməkdən qorxuram.
P ə r i c a h a n x a n ı m. Hə, indi başa düşdümki, Cənnətəlininoğlu Həsənqulu
nə üçün yoldan çıxmayıb, mənə elə sərt cavab verirdi. Demək, Cənnətəlinin
ailəsinin Cahangir ağa ilə əlaqəsi varmış.
H a d i l ə l ə. Bəli.
P ə r i c a h a n x a n ı m. Mən, başına qırmanc çəkdiyim Həsənqulunun evinə
getmərəm. Ağan Cahangirin cürəti varsa, buyurub buraya gəlsin.
H a d i l ə l ə. Cahangir ağanın cürətini sən məndən yaxşı bilirsən. Buraya
gələrsə, ona heç bir xəta toxunmaz, çünki sizi əhatə edənlərin hamısı onun
tərəfdarlarıdır. Başından bir tük düşməyə qoymazlar. Əmiraslan ağanın bu saat
harada olduğu və atdığı hər qədəm bizə məlumdur. Baş üstə, cavabını Cahangir
ağaya deyərəm, lazım bilsə gələr, bilməsə qoşuna hücum əmrini verər. Daha başqa
əmrin yoxdur ki?
P ə r i c a h a n x a n ı m. Yoxdur.
H a d i l ə l ə (gedərkən). Pəricahan xanım, fikirləş. Son peşmançılıq fayda
verməz. (Cıxır.)
P ə r i c a h a n x a n ı m (tək). Ah! Bu gün başlanacaq müharibən xatırıma
gətirməkdən qorxuram. Bütün bədənim titrəyir. Əmucəm yanında təslim adını
çəkmək mümkündürmü? O öz əlləri ilə cəmi evini-eşiyini atəşə tutub yandırar,
fəqət təslim olmaz. (Cağırır.) Əhməd! Əhməd! (Səs vermir.) Səməd! Səməd!
Bunlar harada batmışlar? Səfər! Səfər!
Sənəm daxil olur.
S ə n ə m. Nə buyurursan, xanım?
P ə r i c a h a n x a n ı m. A qız, nökərlər haradadır? Heç səsimə səs verən
yoxdur.
S ə n ə m. Xanım, evdə heç kəs yoxdur.
P ə r i c a h a n x a n ı m. Haraya getmişlər? (Sənəm başını aşağı salıb cavab
vermir.) Niyə cavab vermirsən?
S ə n ə m. Xanım, qorxuram.
P ə r i c a h a n x a n ı m. Kimdən?
S ə n ə m. Ərim Əhməddən!
P ə r i c a h a n x a n ı m. Nə üçün?
S ə n ə m. Xanım, xidmətçilərin hamısı bolşevikləri gözləyirlər. Onlar tərəfə
keçəcəklər. Nökərlər Cənnətəligilə getmişlər. Onun oğlu Həsənqulu bolşevikdir.
P ə r i c a h a n x a n ı m. Sənəm, sən də onların tərəfdarısan?
S ə n ə m. Mən yox... Ancaq qorxuram. Əhməd deyir ki, bizim sirrimizi ağalara
versən, səni öz əlimlə boğub öldürəcəyəm. Xanım, bir Hadi lələdən başqa, heç
kimə bel bağlamayın. O da burada yoxdur.
P ə r i c a h a n x a n ı m. Ah, safqəlbli, sadədil Sənəm, indi heç özümə də
inanmıram. Qorxma, sirrini bir kəsə demərəm, ancaq Əhmədi buradan rədd etmək
lazımdır. Başqalarını da o yoldan çıxarıbdır. Onu özüm kəndə göndərəcəyəm.
Əmməm necədir?
S ə n ə m. Müdam böhran içindədir. Ayılanda da su istəyir. Xanım, izin ver
mən gedim.
P ə r i c a h a n x a n ı m. Yaxşı, sən get, yanında ol, bir azdan sonra mən də
gələcəyəm. (Sənəm gedir.) Ey zavallı ana, heç bilirsənmi ki, yolunu gözlədiyin
oğlun nə fikirdədir? Baba yurdunu tapdayıb, sən xəstə anasının başına güllələr
yağdıracaq! Yox, yox, əgər indi buraya gələrsə, sağ buraxmaram. (Divardan
asılmış zinətli xəncəri əlinə alır.) Babamın bu şanlı silahı ilə onun xain qəlbini
yırtmalıyam. (Cahangir ağa daxil olur.) Ah, gəldi! (Xəncəri sıyırıb ona tərəf
yonəlir.)
C a h a n g i r a ğ a (doşunu gərib). Vur!
P ə r i c a h a n x a n ı m. Sən nə ixtiyarla buraya qədəm basdın?
C a h a n g i r a ğ a. Bura mənim yurdum deyilmi?
P ə r i c a h a n x a n ı m. Yox. İrəlidə sən bu sarayın,bu yerlərin sahibi Hidayət
ağanın nəvəsi, Əmiraslan ağanın vahid varisi Cahangir ağa idin, fəqət indi vətən və
millət xaini - bolşevik, yoldaş Cahangirsən.
C a h a n g i r a ğ a. Dediklərinin hamısı düzdür, lakin bir şeydə səhv edirsən.
Pəricahan, mən sən deyən kimi şanlı-şöhrətli bir ağa idim. Lakin indi qırmancın ilə
döydüyün Həsənqulu kimi zəhmətkeş yoldaş Cahangirəm. Bəli, burası doğrudur,
fəqət mən vətənimin, millətimin düşməni deyiləm. Onun məzlum, miskin, səfil,
çılpaq əməkçilərini ən səmimi qəlblə sevən yoldaş Cahangirəm. Onları əsrlərcə
zülm və cəhalətdə saxlayan zalımlardan azad etmək yolunda çalışan yoldaş
Cahangirəm.
P ə r i c a h a n x a n ı m. Vətənin o zalımları kimdir?
C a h a n g i r a ğ a. Birincisi, belə saraylar sahibi ağalar.
P ə r i c a h a n x a n ı m. Xeyr, sənin kimi vətenine xəyanət edən alçaqlar.
C a h a n g i r a ğ a. Pəricahan, alçaq o şəxsə deyərlər ki, başqalarının zəhməti
ilə yaşaya, zalım o kəsdir ki, öz mənfəəti üçün başqalarını sıxa, əzə, məhv edə. Bu
saat orada, bir azdan sonra burada tökülən qan, kim və nə üçündür?
P ə r i c a h a n x a n ı m. Millət və vətən üçün.
C a h a n g i r a ğ a. Yalan! Mənim atam Əmiraslan ağa kimi mülkədarın
ağalığını saxlamaq üçün. Torpaqlarını mühafizə etmək üçün. Məgər millət yalnız
bəylərdən ibarətdir? Bəs bu milyonlarla kəndli, işçi, yoxsullar? Yoxsa onlar vətən
övladları deyil? Pəricahan, ağalıq daha bitdi, çünki onu mühafizə edən, onun
yolunda qanlarını sel kimi axıdan kəndli və fəhlə indi hüququnu daha anlamış.
Buna sübut kəndlilərin bizim tərəfə keçməsidir. Bu gün iki qüvvə bir-biri ilə
toqquşur. Biri haqqı müdafiə edir, digəri zülmü. Pəricahan, səni bu haqq yola dəvət
edirəm.
P ə r i c a h a n x a n ı m. Mən sən tərəfdə haqq görmürəm. Kəndlilərin sizin
tərəfə keçmələri buna sübut ola bilməz. Onlar bəylərin torpağına, belə gözəl
saraylarına sahib olmaq istəyirlər.
C a h a n g i r a ğ a. Doğrudur. Buna da haqları var.
P ə r i c a h a n x a n ı m. Hansı qanunla?
C a h a n g i r a ğ a. Təbiətin qanunu ilə. İşləməyən yeməz. Torpaq, onu
becərib zəhmət çəkənlərindir.
P ə r i c a h a n x a n ı m. Mən elə qanun eşitməmişəm.
C a h a n g i r a ğ a. İrəlilərdə mən də sənin kimi eşitməmişdim. Bu torpaqların
sahibi olmağımı göylər təsdiq etmiş sanırdım. Rəiyyətləri özümüzün qulu hesab
edirdim. Fəqət Karl Marksın əsərlərini oxuduqdan sonra anladım, haqq yolunu
tapdım.
P ə r i c a h a n x a n ı m. Sonra da bolşevik oldun. Özün kimi zalımlara
qoşulub böyük Rusiyanı tarmar etdiniz. İndi də bu gözəl ölkəni o hala salmaq
istəyirsiniz.
C a h a n g i r a ğ a. Pəricahan, zülm yuvaları dağılmasa, məzlumlar azad
olmazlar. İndi yıxarıqsa, sonra tikəcəyik. Nə etməli? Əmiraslan ağalar öz
ixtiyarları ilə tabe olmurlar. Pəricahan, atamın bizim tərəfə gəlməyinə ümidim
yoxdur, çünki həmişə buyurmada, vurmada, kəsmədə ömür sürmüş, qartlaşmış ağa bunların hamısındaıı əl çəkib işçi-kəndli tərəfdarı olmaz, fəqət bizim müqabilimizə çıxıb qovğa etməsin niyyəti ilə sənə Hadi lələ ilə o məktubu göndərdim. Cavabın da söylədi. Sən niyə zülm tərəfdarı olursan? Biz o zülmü insanlar arasından götürmək
istəyirik. Bax, gör bu nə böyük, nə yüksək bir idealdır ki, məni öz əlimlə bu
mülkümüzü tapdayıb məhv etdirməyə məcbur edir, atamın müqabilinə çıxardır.
Mehriban anamı unutdurur, tam üç il həsrətini çəkdiyim sən sevgili əmizadəmi
mənə düşmən etdirir. Pəricahan, sevgilim, gəl mənimlə birlikdə vətənimizin
məzlumlarını cəlladlar əlindən xilas edək.
P ə r i c a h a n x a n ı m. Cəlladları mən, sən tərəfdə görürəm.
C a h a n g i r a ğ a. Son sözümü dinlə, fikirləş, cavabını ver. Bax gör, bizmi
cəlladıq, yoxsa siz ağalar? Milyonlarla işçi-kəndlilər, əsrlərcə sitəmkarlar əlində
didilir, çeynənir, ayaqlar altında tapdalanıb əzilir. Hamısı ac, çılpaq zillətdə,
əziyyətdə, fəryadları əflaka çıxmış. Əsarət zənciri altında bədənləri incəlib üzülür.
Bax bu biçarələr indi bizdən nicat gözləyirlər. Pəricahan, gedək, onların fəryadına
çataq. Əsarət zəncirlərini kəsib xilas edək. Pəricahan, bu şərəfi başqasının öhdəsinə
atma. Şərq aləminin pərisi ol ki, əsrlərcə adın dünyada baqi qalsın. Qırmızı Ordu
içində nə qədər nəcib qəhrəman qadınlar var. Sən də Şərq məzlumlarının
qəhrəmanı ol.
P ə r i c a h a n x a n ı m. Elə böyük vəzifəni, elə yüksək şüarı özün üçün bəslə.
Mən isə bu gün ufaçıq bir vəzifə qəbul edirəm. O da "Laçın yuvası"nı sənin
ordundan müdafiə edib, onun "Orlean xanımı" olmaq istəyirəm.
C a h a n g i r a ğ a. Daha bitdi. Sən də atam kimi belə saraydan, belə cahcəlaldan
öz ixtiyarınla əl çəkmək istəmirsən, fəqət mən zor ilə çəkdirərəm. Bu
zülmlə bina olmuş saraydan bir əsər qoymaram! (Cıxır.)
P ə r i c a h a n x a n ı m (tək). Ah! Cahangirdə nə böyük təğyir! Sabiqdə
mənim kimi, babalarımızın şan-şöhrəti ilə fəxr edərdi, ancaq indi isə, onlara zalım
deyib, nifrət edir. Mənim də qəlbimə şübhə saldı. Görəsən hansı yol doğrudur...
(Əmiraslan ağa daxil olur.) Ah, əmücəm gəldi.
Ə m i r a s l a n a ğ a. Qızım,bolşeviklər üzərimizə hücuma başlamış. Bu saat
Mehrəli bəyin dəstəsi ilə vumşurlar. Ümidim budur ki, igid bəylər onları pozub bu tərəfə keçməyə qoymayacaqlar. Pəricahan, bu gün oğlum burada olmalı idi. Qəhrəmananə müharibə edib, "Laçın yuvası"nı düşməndən müdafiə edəydi. Onu fələk əlimdən aldı. Yerində sən qalmısan. İgidlikdə heç bir oğlandan geri qalmazsan. Qəhrəman qızım, babalarımız yurdunun müdafiəsini sənə
həvalə edirəm. Bu gün bizim üçün başqa yol yoxdur. Ya zəfər, ya ölüm. Qızım,
səni məyus görürəm, yoxsa düşməndən xof edirsən? Ona əsir olmaq istəyirsən?
P ə r i c a h a n x a n ı m. Heç vaxtı. Məni məyus edən şey başqadır. Ah,
Cahangir...
Ə m i r a s l a n a ğ a. Qəm etmə, qızım, inşallah düşmənə qalib gələcəyik. Get
hərbi libasını gey, hazır ol. (Pəricahan xanım cıxır.)
Ə m i r a s l a n a ğ a. (tək). Pəricahan anadan olanda mərhum qardaşım
Kamran çox məyus oldu ki, oğlan deyil, lakin mən bu igid qızı min oğula
vermərəm.
Mehrəli bəy sol əli sarınmış daxil olur.
M e h r ə l i b ə y. Əmiraslan ağa, sol cəbhəni düşmən aldı.
Ə m i r a s l a n a ğ a. Nə deyirsən? Məgər sənə əmr etməmişdim ki, onu
möhkəm saxla? Bir adamın qalıncaya qədər vuruşmada davam et?
M e h r ə l i b ə y. Mən nə edim? Tərəfdarlarımız kəndlilər fürsət tapdıqca
bolşeviklər tərəfinə keçdilər. Bir də baxıb gördüm ki, ətrafımda az bir qüvvə qalıb.
Yenə də vuruşmadan çəkilmədim. Bu vaxt güllə dəydi. O az qüvvə də pozulub
dağıldı. Ancaq onu qənimət bildim ki, arvad-uşağı götürüb buraya qaçdım.
Ə m i r a s l a n a ğ a. Qorxuram Ədilbəyin dediyi doğru ola. Kəndlilərin
cümləsi bolşevik tərəfinə keçə. Sol cəbhənin alınması Səlim bəyin halını
ağırlaşdırdı. Bu saat Kollu dərənin üstünü tutmaq lazımdır. Yoxsa qırmızılar Səlim
bəyin arxasına keçib onu pozacaqdır.
Heydər bəy təngnəfəs daxil olur.
H e y d ə r b ə y. Əmiraslan ağa, qırmızılar Kötüklü kəndini aldı. Bizimkilər
qaçırlar.
Ə m i r a s l a n a ğ a (qəzəbnak). Siz onlardan geriyə qalmazsınız. Dovşan
kimi, bir səs çıxdıqda qoyub qaçırsınız.
H e y d ə r b ə y. Mən nə edim? Allah arvad tayfasını müsəlman üçün bir
böyük bəla yaratmışdır. Ağlaşma qurub, ərlərinin ətəklərindən yapışıb davaya getməyə qoymurlar. Başqa millətin qadınları tüfəng götürüb ərləri
ilə bərabər düşmənlə vuruşur, bizimkilər isə şaxsey deyə üzlərini cırır, saçlarını
yolurlar.
Ə m i r a s l a n a ğ a. Bu onların təqsiri deyil. Siz kimi ərlərin, ataların
təqsiridir. Ləzgi qadınları düşmən ilə müharibədə ərlərindən geri qalmır.
Pəricahana mən tərbiyə vermişəm, hansınızdan qoçaq deyil?
Səlim bəy daxil olur.
S ə l i m b ə y. Əmiraslan ağa, Güllücə kəndini düşmən zəbt etdi.
Ə m i r a s l a n a ğ a. Nə pis xəbər! Onun alınması ilə yol buraya açıldı.
Heydər bəy, mənim adamlarımdan otuz tüfəngli götürüb Uçurum dərəsinin
keçidini kəs. Daha durma!
H e y d ə r b ə y. (Cəld cıxır.)
Ə m i r a s l a n a ğ a (Səlim bəyə). Söylə görüm. Nə tövr olduki, elə möhkəm
yeri boşladın?
S ə l i m b ə y. Heydər bəyin dəstəsi pozulduqdan sonra sol cəbhə açıldı. Mən
Muxtar bəydən kömək istədim. Cavab verdi ki, özüm iki tərəfdən əhatə
olunmuşam, tez Əmiraslan ağadan həm özün üçün və həm də mənim üçün kömək
istə. Bu vaxt düşmən arxama keçib məni pozdu.
Ə m i r a s l a n a ğ a. Kollu dərədə qüvvə qoymuş olsaydın, qırmızılar arxana
keçə bilməzdilər.
S ə l i m b ə y. Necə qoymamışdım? Qoymuşdum. Onlara ümid bağlayıb geri
çəkilmədim. Atışmada davam etdim. Bir də xəbər tutdum ki, onlar da qaçıb
dağılmışlar, düşmən də arxama keçmişdir.
Ə m i r a s l a n a ğ a. Səlim bəy, onda dayanma, mənim atlılarımdan lazım
bildiyin qədər götürüb Muxtar bəyin köməyinə get. Onu təhlükədən qurtar, sonra
Qayadibi kəndinə çəkiliniz.
S ə l i m b ə y. Baş üstə. (Cıxır.)
Ə m i r a s l a n a ğ a. Mənim Qaya dibi kəndim nə qədər davam edərsə,
buranın qorxusu yoxdur. Onun dar və gizli yollarını, ancaq oranın əhli bilir.
Bələdçi olmasa, qoşun bir şey edə bilməz.
Molla Sadıq və Hacı İmamqulu daxil olurlar.
H a c ı İ m a m q u l u. Bu nə bəladır? Bu nə tufandır?
M o l l a S a d ı q. Tutduğunuz əməlin cəzasıdər ki, xudavəndi-aləm verir. Biz
ruhanilərə qulaq asmayıb övladlarınızı rus məktəblərinə qoydunuz. İndi dindən, məzhəbdən çıxıb öz vətənlərini, ata-analarını atəşə tutub qırırlar. Dünyanın axırıdır. Üləma buyurmuşlar ki, vay o zamandan ki, aradan şəriət, din, böyük-kiçiklik, ağa-nökərlik götürülə. Bax, indi həmin zamandır ki, gəlmişdir.
Ə m i r a s l a n a ğ a. Molla Sadıq, sən bizə nəsihət verməyəmi gəlmisən?
M o l l a S a d ı q. Xeyr, Əmiraslan ağa, məni əfv et, ürəyim yanır, onun üçün
danışıram. Mən arvad-uşağımı götürüb sizə pənah gətirmişəm.
Ə m i r a s l a n a ğ a. Çox xoş gəlmişsən. Gözüm üstə yerin var. Bu gün
mənimlə bərabər tüfəng götürüb o dediyin dinimizi, şəriətimizi düşməndən
mühafizə edəcəksən. Yoxsa, boş yerə nə vəz edirsən?
M e h r ə l i b ə y. Əmiraslan ağa düz buyurur.
M o l l a S a d ı q. Mən ömrümdə əlimə silah almamışam.
H a c ı İ m a m q u l u. Mən də arşından başqa əlimə heç zad götürməmişəm.
Ə m i r a s l a n a ğ a. İndi götürərsiniz.
M o l l a S a d ı q. Başına dönüm, Əmiraslan ağa, məni o tək balan Cahangir
ağanın başına çevir, azad et. Mən də bu yolda ölənlərimizi dəfn edərəm ki, allah
onların günahlarından keçsin.
H a c ı İ m a m q u l u. Məni də arvad-uşaqların keşiyini çəkməyə təyin et.
Bu halda Səlim bəy və Heydər bəy daxil olurlar.
Ə m i r a s l a n a ğ a. Səlimbəy, nə üçün qayıtdın?..
S ə l i m b ə y. Heydər bəy qaytardı.
Ə m i r a s l a n a ğ a. Heydər bəy? Nə üçün?..
H e y d ə r b ə y. Muxtar bəyin dəstəsi qırmızılar tərəfindən əhatə olunub
təslimə məcbur olmuşdur.
Ə m i r a s l a n a ğ a. Ah, nə fəna xəbər?! Bəs Muxtar bəyin özü necə olubdur?
H e y d ə r b ə y. Bir rəvayətə görə əsir düşüb, başqa rəvayətə görə nökərləri
onu yaralı halında Qayadibi kəndinə aparmışlar. Xülasə, onun barəsində heç bir
düz xəbər yoxdur.
Ə m i r a s l a n a ğ a. Uçurum dərəsini boşaltmamısan ki?
H e y d ə r b ə y. Xeyr, lakin qırmızılar cəmi qüvvəsini Qayadibi kəndinə
atmış. Mənim müqabilimdə heç kəs yoxdur.
Ə m i r a s l a n a ğ a. Ona baxma,vaxt ki,qırmızılar Qayadibini almaq
fikrindədir, Uçurum dərəsinin böyük əhəmiyyəti var. İndi sənin qüvvəni daha da
artırmaq lazımdır. Uçurum dərəsini möhkəm saxlamağı əmr edirəm.
H e y d ə r b ə y. Əmrini bitirməyə hazıram. Uçurum dərəsindən özümü atıb
həlak edərəm, fəqət geriyə çəkilmərəm.
Ə m i r a s l a n a ğ a. Elə də lazımdır. Daha durmaq yeri deyil. Mehrəli bəy,
sən yaralısan burada qal. Arvad-uşaqları "Laçın yuvası"na topla. Səlim bəy, biz də
Qayadibinin köməyinə gedək.
Qalxırlar. Bu halda Cəfərqulu daxil olur.
C ə f ə r q u l u. Ağa, Qayadibi kəndini bolşeviklər aldı.
Qorxurlar.
M o l l a S a d ı q. Buradan qaçmaq! İndi buraya gələrlər.
H a c ı İ m a m q u l u. Durun, arvad-uşaqları götürüb dağlara qaçaq.
Ə m i r a s l a n a ğ a. Sakit! Qorxaq yassarlar! Cəfərqulu, Qayadibi çox
möhkəm, yolları da sərt qayalıq, onu necə aldılar? Yoxsa, dönüklük olmuşdur?
C ə f ə r q u l u. Xeyr, ağa, bizimkilər çox mərdanə vuruşurdular, ancaq iki
səbəb təslimə bais oldu. Biri, kəndin qaya tərəfi tutulub atəş açılması...
Ə m i r a s l a n a ğ a. Qoşuna bələdçi olmasa, o yolu kimsə bilməz. Yəqin
kəndçilərdən bir binamus çıxmışdır.
C ə f ə r q u l u. Xeyr, ağa, elə şəxs bizdən çıxmamış.
Ə m i r a s l a n a ğ a. Bəs kimdən çıxmış?
C ə f ə r q u l u. Orduya yol göstərən Hacının oğlu bolşevik Həsən olmuşdur.
B ə y l ə r. Ay binamus!
M o l l a S a d ı q. Hacı, gördünmü, dediyim necə düz oldu? Sənə demədimmi,
bu uşağı Rusiyaya göndərmə? Sözümə baxmadın.
H a c ı İ m a m q u l u. Ah, oğlum sağ imiş, gəlib çıxdı.
M e h r ə l i b ə y. Elə biqeyrət oğul heç gəlib çıxmayaydı.
Ə m i r a s l a n a ğ a. İkinci səbəb?
C ə f ə r q u l u. Ağa, soruşma, deməyə cürət etmirəm.
Ə m i r a s l a n a ğ a. Sənə əmr edirəm, de!
C ə f ə r q u l u. İkinci səbəb qırmızıların başında duran şəxs...
Ə m i r a s l a n a ğ a. O kimdir?
C ə f ə r q u l u. Cahangir ağa!
H a m ı. Ah!
Ə m i r a s l a n a ğ a (əlini xəncərin dəstəsinə qoyur ) Sus! Qorxudan
gözlərinizə qaranlıq çöküb, kimi isə mənim oğluma oxşatmışsınız. Mənim
nəslimdən Həsən kimi öz vətəninə xain çıxmaz.
Ədil bəy və Hadi lələ daxil olurlar.
Ə d i l bəy. Bu partıltını, gurultunu eşitmirsiniz? Bu nə toplaşıb söhbət
etməkdir?
M e h r ə l i b ə y. Biz sənin kimi millətə xain olub, vətəni satmamışıq. Onun
uğrunda canlar fəda etməyə yığışmışıq.
Ə d i l b ə y. Mehrəli bəy, bu yalançı sözləri burax. Mən sizin əsil məqsədinizi
gözəlcəsinə bilirəm. Nə üçün "vətən, millət" deyə bağıraraq, bu məzlum kəndliləri
qırdırırsınız? Onların çoxu hələ öz mənfəətlərini anlamamışlar, onun üçün də
qırmızılarla müharibə edirlər. Fəqət tezliklə anlayacaqlar. Onda süngünü
bolşeviklərə yox, sizin üzərinizə çevirəcəklər. Siz, qəhrəman, tac-taxtları zəlzələyə
salan Qırmızı Ordunun müqabilindəmi durmaq istəyirsiniz? Necə oldu kolçaqlar,
yudeniçlər, denikinlər?
Məni bölük komandiri axırıncı dəfə olaraq sizin yanınıza göndərmiş. Qan
tökülməmiş təslim olmağınızı tələb edir.
S ə l i m b ə y. Bizə birinci dəfədir ki, təslim təklif olunur. Amma siz axırıncı
dəfə olaraq, deyirsiniz.
Ə d i l b ə y. Birinci dəfə bu Hadi-lələ təslim əmrini gətirmişdir.
Ə m i r a s l a n a ğ a. Elə təklif olmamış, ola da bilməz.
Ə d i l b ə y. Pəricahan vasitəsi ilə, belədirmi, Hadi lələ?
H a d i l ə l ə. Bəli.
Ə m i r a s l a n a ğ a. Pəricahan mənə bir şey deməmişdir.
H a d i l ə l ə. Xanım məktubu oxuduqdan sonra cırıb atdı.
Ə m i r a s l a n a ğ a. Ah, nə gözəl cavab! Yaşasın qəhrəman qızım! (Qışqırır.)
Pəricahan!
Pəricahan xanım çərkəs libasında, üstü əslihəli daxil olur.
P ə r i c a h a n x a n ı m. Məni çağırırsan, əmücəm?
Ə m i r a s l a n a ğ a. Bəli, səni, qeyrətli qardaşımın igid qızı! De görüm
cırdığın məktub kimdən idi? (Pəricahan xanım başını aşağı salıb dinmir.) Qızım,
niyə dinmirsən?
P ə r i c a h a n x a n ı m. Məktub qırmızıların komandiri Cahangirdən idi.
Ə m i r a s l a n a ğ a (yerindən cəld qalxıb). Ah! Cəfərqulu doğru deyirmiş!
Ağalar, bu divarda çəkilmiş rəsmlərə baxınız. Bu, Rüstəm zalın, o da oğlu
Söhrabın rəsmidir. Rüstəm müharibədə övladını tanımamış, onun sinəsini
paralamışdır. Mən isə bu gün mənə xain olmuş ciyərparəmi bu xəncər ilə qətl
edəcəyəm. İndi Qırmızı Orduya hücumu mən başlayıram. Qalxın, haydı, ardımca!
Ə d i l b ə y və H a d i lələdən başqa qeyriləri çıxırlar.
Ə d i l b ə y. Bacım Gövhər əhvalatı biiirmi?
H a d i l ə l ə. Xeyr, x’stəliyi c’hətinc’ deməyi məsləhət bilmədim və
başqalarına da tapşırmışam ki, deməsinlər.
Ə d i l b ə y. Yaxşı tədbirdir. Sən get vəziyyəti Cahangirə söylə, mən də bacımı
yoxlayıb gəlirəm.

Çıxırlar.

Pərdə


ÜÇÜNCÜ PƏRDƏ

İkinci pərdənin səhnəsi.

Əmiraslan ağa, Mehrəli bəy, Səlim bəy, Muxtar bəy, Heydərbəy, Cəfərqulu,
Pəricahan, Molla Sadıq, Hacı İmamqulu oturub müşavirə edirlər.

Ə m i r a s l a n a ğ a. Qeyrətli bəylər, bolşevik Cahangir bu məktubla bizi
təslimə təklif edir. Yazır:
"Sizdən, aldanmış kəndlilərin qanları daha tökülməsin məqsədi ilə, təslim
olmağınızı tələb edirəm. Bizə məlumdur ki, o biçarələri "gürcü, erməni və türk
köməkləri gələcəkdir" deyə aldadıb qırdırırsınız. Onu da bilməlisiniz, təslimi rədd
edib qovğada davam etsəniz, sabah qala alındıqdan sonra, siz üsyançı bəylər güllə qabağına qoyulacaqsınız. İmza: Cahangir"
Bəylər başlarını aşağı salıb fikrə gedirlər.
Ə m i r a s l a n a ğ a. Mehrəli bəy, fikrinizi bilmək istəyirik.
M e h r ə l i b ə y. Məncə, düşmənə hiylə gəlməli. Guya təslimə hazırıq, lakin
iki gün möhlət istəyirik. Düşmən buna razı olarsa, gecə ikən bir neçə adam qaçırıb
ətrafdan kömək toplarıq. Sonra iki tərəfdən hücumu başlarıq. Birini burdan, o birini
düşmənin arxasından.
M u x t a r b ə y. Mən bu fikrə şərik deyiləm. Əvvəla, düşmən bizə möhlət
verməz. Versə də bu az vaxtda düşmənin gözü qabağında kimdən qüvvə
toplayacağıq? Məncə, özümüzdən başqa qeyri köməyə ümid bağlamamalı.
H e y d ə r b ə y. Əlimizdə olan qüvvə ilə qalanı saxlaya bilməyəcəyik. Gec-tez
onu boşaldıb çəkilməyə məcbür olacağıq. Belə olan surətdə mən qalanı vermək
tərəfdarıyam.
S ə l i m b ə y. Cahangir ağanm tələbi aydındır. O, təsüm olunuz deyir, qalanı
veriniz demir. Bizi buraxıb bu boş qalanı ne edəcəkdir? Lakin testim şertinden bir
şey yazmır, təslim olarsaq, bizle ne cür rəftar olunacaq? Melıım deyil.
C ə f ə r q u l u. Səlim bəy doğru buyurur. Təslim şərti aydın deyil. Məncə, biz
də yazıb şərtimizi məlum etməliyik. Bəlkə, istədiyimizi qəbul edəcəkdir.
Ə m i r a s l a n a ğ a. Qızım, sənin fikrin nədir?
P ə r i c a h a n x a n ı m. Cahangir hərbi toxdadıb ortalığa təslim məsələsini
atmışdır. Bu iki şeydən xali deyildir: ya budur ki, dogrudan da qan tökülməsini
istəmir, ya da əlində olan qüvvə ilə "Laçın yuvası"nı almaqdan acizdir.
Ə m i r a s l a n a ğ a. Afərin, qızım, bu son sözün düzdür. Cahangir təslim
məsələsi ilə bizə hərbi hiylə gəlir. Mənə məlumdur ki, o, mərkəzdən qüvvə və top
tələb edir, çünki, doğrudan da, əlindəki qüvvə ilə qalanı almaqdan acizdir. Bu
fürsətdən istifadə etməli. Təslim tərəfdarları bilsinlər ki, istər zor ilə, istərsə öz
ixtiyarımızla bolşeviklərə tabe olarıqsa, heç bir təfavütü yoxdur, hər iki halda güllə
qabağına qoyulacağıq. Onlardan bizə nicat yolu yoxdur. Belə olan surətdə öz
əllərimizlə başlarımızı qurbanmı verməliyik?
B ə y l ə r. Heç vaxt!
Ə m i r a s l a n a ğ a. Təslim tərəfdarı varmı?
B ə y l ə r. Xeyr.
M o l l a S a d ı q. Əmiraslan ağa, mən də, hacı da sülh tərəfdarıyıq.
Ə m i r a s l a n a ğ a. Siz bizim işimizə qarışmayın. Sizin vəzifəniz buraya
qoyun sürüsü kimi tökülən arvad-aşaqları sülh ilə saxlamaqdır.
H a c ı İ m a m q u l u. Biz də onu istəyirik ki,qurdlar gəlib bu sürünü
yırtmasınlar.
Ə m i r a s l a n a ğ a. Qorxmayın, o canavarların müqabilində belə aslanlar
durmuşlar. (Kağız goturub yazır, sonra oxuyur.) Qulaq asın, yazdığım cavabı
oxuyum.
B ə y l ə r. Buyurunuz.
Ə m i r a s l a n a ğ a. "Laçın yuvası"nı almağa laçın kimi igidlər lazımdır.
Sizin kimi bayquşların hünəri deyil".
Bu cavabı bəyənirsinizmi?
B ə y l ə r. Bəyənirik.
Ə m i r a s l a n a ğ a. Cəfərqulu, al, elçiyə ver.
Cəfərqulu alıb gedir.
Ə m i r a s l a n a ğ a. İndi planımızı çəkək. Bolşevik Cahangir sabah qırmızı
bayrağını "Laçın yuvası"na taxmaq arzusundadır. Bu işi sabaha qoymaqdan belə
məlum olur ki, o, sabah kömək gözləyir. Bu fürsəti ona verməməli, onu
qabaqlamalıyıq. Biz hücumu bu gün başlamalıyıq.
M e h r ə l i b ə y. Əmiraslan ağa, madam ki, bu fikrə gələcəkdiniz, mənim
təklifimi rədd etməməliydiniz.
M u x t a r b ə y. Necə?
M e h r ə l i b ə y. Düşmənə hücumu qəflətən, onun gözləmədiyi bir vaxtda
etməli. Biz bunun əksinə eməl etdik. Düşmənə xəbər verdik ki, hazır ol, üstünə
gəlirik.
H e y d ə r b ə y. Biz elə cavab yazmamışıq.
M e h r ə l i b ə y. Mənası elə çıxdı.
S ə l i m b ə y. Sizin fikriniz möhlət istəmək idi. Ondan da vaz keçdiniz.
M e h r ə l i b ə y. Doğru,çünki bu gün hücum edəcəyimizi bilmirdim.
M u x t a r b ə y. Bilsəydin nə təklif edərdin?
M e h r ə l i b ə y. Sabaha kimi möhlət istəyib bu gün qəflətən hücum edərdik.
Ə m i r a s l a n a ğ a. Heç təfavütü yoxdur. Bolşeviklər biz tərəfdən hücum
gözləmirlər. Onlar inanmışlar ki, biz hücumdan qorxub qaladan çıxmayacağıq. Hər
halda cavab vermişik.
M e h r ə l i b ə y. Doğru. İndi hücum planını buyurunuz.
Ə m i r a s l a n a ğ a. Cəmi qüvvə dörd yerə bölünəcəkdir. Bir qismi Mehrəli
bəylə Pəricahanın ixtiyarında olub "Laçın yuvası"nı müdafiə edəcəkdir. Yerdə
qalan üç hissənin birinin başında Muxtar bəy, o birinin başında Səlim bəy və
üçüncüsünün başında Heydər bəy duracaqdır.
Muxtar bəy, sənin dəstənə böyük əhəmiyyət verirəm. Əgər mən çəkdiyim planı
əmələ gətirə bilsən, şəksiz düşmənə qalib gələcəyik. O da budur: dəstəni "Laçın
yuvası"nın arxasında duran "Keçi dağı"ndan endirib, "Yaşıl orman" deyilən
meşəyə keçirsən. Sonra orman içi ilə gizli yürüş edib, Qayadibi kəndinin arxasında
pusquya yatarsan. O zaman Səlim bəy Uçurum dərəsindən, mən də Heydər bəylə
Qayadibi keçidindən hücumu başlaram. Düşmən qüvvəsini bizim üstümüzə atar.
Sən, Muxtar bəy yenə də pusquda qalıb müharibəyə girməzsən. Elə ki, gördün
düşmənin arxasında qüvvə qalmadı, cümləsi hücuma başladı, qəflətən arxadan
soxularsan. Bu plana etiraz varmı?
B ə y l ə r. Xeyr.
M e h r ə l i b ə y. Plan yaxşıdır. Lakin"Laçınyuvası"nda qalan qüvvəni də
hücuma atmalı.
Ə m i r a s l a n a ğ a. Yox. O qüvvə ehtiyat üçün olub, təhlükə zamanı hərbə
atılmalı. Daha nöqsanı varsa deyiniz.
M e h r ə l i b ə y. Xeyr, yoxdur.
Ə m i r a s l a n a ğ a. İndi son sözümü dinləyiniz. Cümləniz şir-jəyan kimi
hücuma atılmalısınız. Geri çəkilməni bilmərrə unutmalı, beyninizdə, fikrinizdə,
xəyalımzda bu olmah: - İrəli, irəli, irəli. Belo olursa, düşməni bu dağlardan, bu
qayalardan geriyə atıb mülklərimizi əlimizdə saxlaya biləcəyik. Əgər bu
taleyimizdə yox isə, ərlərə yaraşan mərdliklə ölüm şərbətini içərik. Bizim üçün
başqa yol yoxdur. (Ayağa qalxır.) Haydı, igidlərim, gedək.
Molla Sadıqdan və Hacı İmamquludan savayı hamı gedir.
M o l l a S a d ı q. Hacı, bu divanələrin oduna biz nə üçün yanaq?
H a c ı İ m a m q u l u. Molla Sadıq, nə demək istəyirsən?
M o l l a S a d ı q. Bolşeviklər bizə qalib gələcəklər, buna mənim şübhəm
yoxdur.
H a c ı İ m a m q u l u. Mənim də şübhəm yoxdur.
M o l l a S a d ı q. Onda bizim halımız necə olacaqdır?
H a c ı İ m a m q u l u. Yəqin bolşeviklər cümləmizi qətlam edəcəklər.
M o l l a S a d ı q. Etməyə də haqları var, çünki Əmiraslan ağanın tərsliyindən
hər iki tərəfdən çox qan tökülmüşdür, o indi bu uçuq qalaya pənah gətirmişdir.
H a c ı İ m a m q u l u. Xeyr a! O cəngavərlərin müqabilində belə qalalar
davam etməz.
M o l l a S a d ı q. Cahangir ağa ədalətli bir hakim kimi qan tökmək tərəfdarı
deyil, lakin ağlını qayib etmiş kişi, görmürsənmi, eşitmək belə istəmir. Hacı,
bunların içində bir özümlə səni ağıllı görürəm. Aqil olan şəxs canım bihudə yerə
güdəza verərmi?
H a c ı İ m a m q u l u. Xeyr, verməz, fikrin nədir?
M o l l a S a d ı q. Bolşeviklər tərəfə keçmək.
H a c ı İ m a m q u l u. A kişi, nə deyirsən? Dəli olmusan nədir?
M o l l a S a d ı q. Nə üçün dəli oluram? Biz öz ixtiyarımızla bolşeviklərə
təslim oluruq. Qan tökməkdə də iştirak etmirik. Bundan əlavə mən Cahangir
ağanın şəriət müəllimi olmuşam. Sənin də oğlun Həsən onun köməkçisidir.
Onlardan bizə nə xəta yetişə bilər?
H a c ı İ m a m q u l u. Bu doğru, fəqət nə yol ilə bu zalım ağalardan xilas ola
bilərik? Qaladan çıxmaq imkanı varmı?
M o l l a S a d ı q. Var. Mən ancaq sənin razılığını gözləyirəm.
H a c ı İ m a m q u l u. Mən razıyam. Bəs arvad-uşaq necə olsun?
M o l l a S a d ı q. Nə arvad-uşaq? Ölüm zamanı arvad-uşaqmı yada düşər?
Gedək öz canımızı xilas edək.
H a c ı İ m a m q u l u. Doğru deyirsən, gedək:
Çıxırlar, sonra Gövhər xanım Sənəmin köməkliyi ilə alt qatdan Əmiraslan ağanın
salonuna gəlir. Divanın üstündə oturur.
G ö v h ə r x a n ı m. Gör nə zəif düşmüşəm. Bir mərtəbəni çıxmağa məndə
taqət qalmayıbdır. Sənəm, Pəricahanın otağından bir yastıq gətir, bir az uzanıram
rahat olum.
Sənəm yastıq gətirib divana qoyur, Gövhər xanım uzanır.
G ö v h ə r x a n ı m. Sənəm, qaladan nə xəbər var?
S ə n ə m. Hələ davam edir.
G ö v h ə r x a n ı m. Allah, sənə pənah aparıram. Bizi bu qan içici düşmən
əlinə vermə! Sənəm, deyirlər bolşeviklər körpə uşaqları da qırırlar.
S ə n ə m. Xanım, hamısı yalandır. Mən onlardan heç qorxmuram. Onların
böyükləri çox rəhmli adamdır. Neçə dəfə təklif etdi ki, mənə qan tökdürməyin,
təslim olun. Hayıf ki Əmiraslan ağa qulaq asmır. Bu gün yenə təklif etmişdi,
bilmirəm ağa razı oldu, ya yox.
G ö v h ə r x a n ı m. Olmaz. Mən onun tərsliyini bilirəm, heç kəsə qulaq asan
deyil. Sənəm, canım xəstə olmasaydı, gedib o böyüyün ayaqlarına yıxılıb öpərdim,
yalvarardım, işə qansız əncəm edərdi. O, böyük Rusiyadan gəlmiş. Görəsən,
mənim oğlumdan bir xəbər bilərmi?
S ə n ə m. Onu bilmirəm, ancaq Cahangir ağanın sağ olduğunu söyləyirlər.
G ö v h ə r x a n ı m. Ay qız, onu kim deyir? Bəs niyə mənə xəbər vermirsiniz?
O adamı tapdırıb doğru xəbər bilərdim.
S ə n ə m. O günü Əhmədgil deyirdilər ki, Bakıda bir adam söyləyirmiş ki,
Cahangir ağa Rusiyada qoşun böyüyü olubdur.
G ö v h ə r x a n ı m. Hər nə olursa-olsun, ta ki, sag-salamat olsun. Sənəm,
pəncərəni aç, kürsü qoy, oturub bir az özümü havaya verim, nəfəsim təngiləşir.
Sənəm pəncərəni açır, kürsü qoyur. Sonra Gövhər xanımın qoluna girib aparır.
S ə n ə m. Qoy yastığı da qoyum, yumşaq olsun.
Yastığı qoyur, Gövhər xanım oturur.
G ö v h ə r x a n ı m. Nə gözəl hava! Hər yan gül, çiçək! Nə üçün bu insanlar
bir-birlərini qırırlar?
S ə n ə m. Xanım, izin ver, gedim, xörəyini hazırlayım.
G ö v h ə r x a n ı m. Yaxşı, get.
S ə n ə m (gedirkən). Dərmanını gətirimmi, içəsən?
G ö v h ə r x a n ı m. Yox, lazım deyil. Dərmandan heç bir xeyir görmürəm.
Sənəm çıxır. Səhnə bir müddət sükutda qalır. Sonra tüfəng, top səsləri gurultu
salır.Gövhər xanım qalxır ki, pəncərəni örtsün, bu zaman ayaq üstə dura bilməyib yıxılır,
Top, tüfəng səsi kəsilir. "Ura!" sədası qalxır. Bir azdan sonra o da kəsilir, Sənəm daxil olur.
Gövhər xanımı yıxılmış görüb cəld üstünü alır.
S ə n ə m. Vay, xanıma nə oldu?
G ö v h ə r x a n ı m. Sənəm məni qaldır. Divanın üstə apar...
Sənəm onu qaldırıb divanın üstə uzadır.
G ö v h ə r x a n ı m. Sənəm, ölürəm, amma bu dünyadan nakam gedirəm...
Oğlumu görməyib gedirəm... Onun toyunu etməyib gedirəm... Ah, Cahangirim, bir
səni görəydim... Axirətə rahat gedəydim.
S ə n ə m (kənara). Ah, ürəyim davam etmir. İstəyirəm sirri açıb deyəm. Yox,
qoy bilməsin.
G ö v h ə r x a n ı m. Sənəm, gözlərimə qaranlıq çökür... sənəm, Pəricahana de
ki, əmmən vəsiyyət etdi... Cahangiri axtarıb tapsın... Ona getsin. Nəslimiz
kəsilməsin.
Səsi kəsilir.
S ə n ə m. Ah, yazıq arvad öldü. Müsibətli öldü. Dərdli-qəmli öldü. Yaxşı insan
idi, heç kəsi incitməzdi. Bu uzun müddətdə ondan bir acı söz eşitmədim. Başqa
xanımlar kimi olmayıb, bir kəsə əziyyət verməzdi. Çox cəfa çəkdin, indi rahat yat.
Gedib yorğan gətirib üstünə salır. Pəricahan daxil olur.
P ə r i c a h a n x a n ı m. Sənəm, qala alındı. İndi buraya gələcəklər, qaçmaq
lazımdır. Əmməm də yatmış. Onu durquzmaq lazımdır. Sənəm (ağlar səslə). O
daha durmaz... Pəricahan xanım.Nə deyirsən? Əmməmə nə olmuş?
Sənəm ağlayır.
P ə r i c a h a n x a n ı m. Ah, yazıq əmməm! (Gedib divanın onundə diz
cokur.) Yat, rahat ol! Sən bizdən xoşbəxtsən, sən bəlaları görməyəcəksən.
S ə n ə m. Xanım vəsiyyət etdi ki, Pəricahan Cahangiri tapıb-ona getsin. Ondan
ayrılmasın.
P ə r i c a h a n x a n ı m. Ey biçarə əmməm! Pəricahan onu tapdı, Sözlərinə
baxmadı, yenidən itirdi. Nə etməli? Qəzanın istədiyi bu imiş.
Əmiraslan ağa başı açıq, tükləri pərişan, dəli halda daxil olur.
Ə m i r a s l a n a ğ a. Mən haradayam?.. Hə, bildim. Bayquş yuvasında. Mən
Rüstəm Zalam... Ey igid bəylərim! İrəli! Vur! At!
P ə r i c a h a n x a n ı m. Ah, bəla üstə bəla! Əmücəm dəli olmuş.
Ə m i r a s l a n a ğ a. Yenə qırmızı! Ora qırmızı, bura qırmızı. (Pəricahana.)
Sən kimsən? Hə, sən də qırmızı, o yatmış da qırmızı, cəmi cahan qırmızı!.. Mən
qırmızı sevmirəm. (Divara baxır.) Çəkil, sənə deyirəm, çəkil, çəkil! (Tavana
baxır.) Oradan ilan sallanmışdır. Ah, düşdü! Necə oldu? Haraya girdi? (Arayır.) A,
budur, girdi (Doşunu cırıb baxır.) Hə... ürəyimə girmək istəyir... Qoymaram...
(Qəməsini cıxarıb urəyinə soxarkən.) Öl, müzürr heyvan!..
P ə r i c a h a n x a n ı m. Ah! Əmücəm özünü öldürdü!.. Cahangir, Cahangir!
Şan-şöhrətli xanədanın viran etdin, gəl tamaşaya.
Cahangir əlində qırmızı bayraq, Ədil bəy, Hadi lələ, Həsən, bir dəstə qoşun əhli və bir
dəstə arvad-uşaqla daxil olur.
P ə r i c a h a n x a n ı m. Bax, gülləndən ölmüş anana! Bax, dəli olub xəncəri
ilə özünü öldürmüş atana, tutduğun əmələ tamaşa et! Ürəyin şad olsun!
Cahangir ağa. Poricahan, zülm ilə qurulmuş bina, ziilm ilə qurulmuş xanədan -
axırda fot olar. Heç kəs önünü ala bilmoz. Mane olanlar belə fot oiarlar. Indi yeni
dünya zühur etmiş. Əski dünya əski qanunları ilə gerek yıxılsın. Poricahan, nə
üçün bu əski, zülmkar, tökdüyü qanın içində boğulan dünyadan əl çəkmirsən? Bu
Öliilər için-de qalmaqmı istəyirsən?
P ə r i c a h a n. Yox, istəmirəm.
C a h a n g i r. Bu inqilab bayrağı altına gəlirsənmi?
P ə r i c a h a n. Bəli, gəlirəm! (Onun tərəfinə kecir.)
C a h a n g i r. Bu şanlı bayrağı al, ona and iç.
P ə r i c a h a n (alır.) Ey qırmızı inqilab bayrağı! Bu gündən bütün ömrümü
sənin yolunda çalışmağa, qurban verməyə and içirəm.
H a m ı. Yaşasın Pəricahan!

Pərdə

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG