Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:47

Liviyada üsyançılar Breqa şəhərinə yaxınlaşıb


Liviyada üsyançılar strateji cəhətdən vacib olan liman şəhəri Breqaya yaxınlaşıb, şəhərin ətraflarında mövqe tutublar.

Hazırda şəhər Gaddafi qüvvələrinin nəzarətindədir.

Gaddafi qüvvələrinin Əcdabiyə şəhəri ətrafında üsyançıları atəşə tutuması nəticəsində 6 nəfər ölüb, 16 nəfərsə yaralanıb.

Həmçinin hökumət qüvvələri ölkənin qərbindəki Misrata şəhərini raket atəşinə tutublar.

Human Rights Watch təşkilatı Gaddafi qüvvələrini Misrata şəhərində kaset bombalarından istifadədə ittiham edib.

Bu silah 100-dən çox ölkədə qadağan edilib.
XS
SM
MD
LG