Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:18

«Korrupsiya problem olaraq qalır»


Bu günlərdə ABŞ Dövlət Departamenti 2010-cu ildə dünya ölkələrində insan haqlarının vəziyyətinə dair illik hesabatını yayıb. Hesabatda Ermənistana 60 səhifədən artıq yer ayrılıb, bu bölmədə qeyd olunur ki, təhlükəsizlik qüvvələrinin bəzi nümayəndələri öz mülki rəhbərlərinin icazəsi ilə insan hüquqlarını tapdalamaqda davam edib, seçkilərdə təkrarlanan ciddi pozuntular vətəndaşların hakimiyyəti dinc yolla dəyişmək hüququnu məhdudlaşdırıb.

Politoloq Aleksandr İskandaryan hesabatı belə qiymətləndirir:

«ORDA YAZILANLAR AZ- ÇOX HƏQİQƏTƏ YAXINDIR»

«Düzdür, bu kimi hesabatlardakı kiçik çatışmazlıqlara baxmayaraq»

Hesabatda qeyd olunur ki, hərbi əməliyyatlar olmadığı bir şəraitdə il ərzində hərbi qüvvələrdə şübhəli ölüm hadisələri qeydə alınıb, təqiblər cəzasız qalıb və zabitlər, əsgərlər tabeliyindəki şəxslər və xidmət yoldaşlarını alçaltmaqda davam ediblər. «Polislər saxlama və sorğu-sual zamanı vətəndaşları döyüb. Hökumət lazımi əsas olmadan şübhəli şəxsləri cinayət məsuliyyətinə cəlb edib və müxalifət nümayəndələrini, siyasi fəallıq göstərənləri həbs edib. Məhkəmələr icra orqanlarının siyasi təzyiqi altında qalmaqdadır» deyə hesabatda yazılır.

JURNALİSTLƏRƏ QARŞI ZORAKILIQ...

Departament KİV-lərin vəziyyətinə də toxunur, bildirir ki,: «KİV-in işində, xüsusilə televiziyalarda plüralist fikirlər və obyektiv yanaşma çatışmır. İl ərzində jurnalistlərə qarşı zorakılıq və hədə-qorxu halları olub. Mətbuatda senzura, özünü senzura tendensiyası qeydə alınıb».

Aşot Melikyan
Hesabatın KİV-lərə aid hissəsində erməni ekspertləri bəzi qeyri-dəqiqliklərin olduğunu qeyd edirlər. Aleksandr İskandaryan hesab edir ki, çap mətbuatını televiziya və internet saytlarla birgə vahid media kimi dəyərləndirmək düzgün deyil. Ermənistanda bu sahələr bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.

Bu cür mətnlər qüsursuz olmur, hesabatda söhbət təxminən 200 ölkədən gedir.

Hesabat Ermənistanın söz azadlığını müdafiə komitəsinin məlumatlarına əsaslanır. Təşkilatın sədri Aşot Melikyan hesabatı yüksək qiymətləndirir, bununla belə çatışmazlıqların olduğunu da deyir:

«Mən də kiçik çatışmazlıqları qeyd etmişəm. Məsələn, orda deyilir ki, «Hayastani Anrapetutyun» qəzetinin rus dili variantı – «Respublika Armeniya»dır – hərçənd bunlar ayrı-ayrı qəzetlər, redaksiyalar və hüquqi şəxslərdirlər».

Dövlət Departamentinin hesabatında deyilir ki,: «2010-cu ildə hökumət 2 il öncə keçirilən prezident seçkiləri zamanı siyasi motivlərlə, məhkəmə prosedurunun pozulması ilə məhkum olunmuş 4 nəfəri azadlığa buraxıb. Daha iki məhkum cəzasını tam çəkəndən sonra buraxılıb. Bir qrup adam isə hələ də həbsxanalarda qalmaqdadır».

«KORRUPSİYA PROBLEM OLARAQ QALIR»


Sərbəst toplaşma azadlığına gəlincə, hesabatda qeyd olunur: «Hökumət müxalifətin müəyyən olunmuş yerlərdə aksiya keçirmək üçün müraciətlərini rədd etməkdə davam edib, bəzən başqa yerləri təklif edib, bəzən isə vətəndaşların müxalifət toplantılarına qatılmasına mane olub. Korrupsiya problem olaraq qalır, hökumət onunla mübarizə üçün məhdud səy göstərir. Ailələrdə zorakılıq halları yayılıb, çox zaman bu barədə məlumat verilmir və cinayət işi açılmır».

Dövlət Departamenti insan alverinin də problem olduğunu, ancaq hökumətin onunla mübarizə apardığını qeyd edir.

Hesabata görə, Ermənistan hökuməti və ya dövlət agentləri heç bir siyasi qətl törətməyib, yalnız 4 polis əməkdaşı şübhəli şəxsə qarşı zorakılıq işlətməklə onu intihar həddinə çatdırdığına görə məsuliyyətə cəlb olunublar.

QƏZET REDAKTORU HƏBS EDİLİB


«2010-cu ildə dinc şəraitdə Ermənistan ordusunun 54 hərbçisi ölüb. Onların 11-i qarşı tərəfdən atılan atəşlə, 13-ü qətlə yetirilib, 8-i xəstəlikdən ölüb, 6-sı avtomobil qəzasında, 5-i təsadüfən, 4-ü silahla ehtiyatsız davranma nəticəsində, 3-ü intihar edib, 3-ü intihar həddinə çatdırılıb və 1-i fiziki zorakılığın qurbanı olub».

Hesabatda deyilir ki, 2010-cu ilin 19 yanvar tarixində müxalif «Haykakan jamanak» qəzetinin redaktoru Nikol Paşinyan 2008-ci il mart hadisələri ilə bağlı kütləvi qarışıqlıq təşkil etməkdə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum edilib. Bir çox şərhçilərin fikrincə, bu məhkəmə prosesinin əsasında siyasi motivlər dayanıb.

Nikol Paşinyan
EKSPERTLƏR HESABATI MÜSBƏT QARŞILAYIR


Dövlət Departamentində yer alan tənqidi fikirlərə baxmayaraq erməni ekspertləri onu müsbət qarşılayırlar.

Söz azadlığının müdafiə komitəsinin sədri Aşot Melikyan:

«Əgər ölkə və ya cəmiyyət mövcud çatışmazlıqları aradan qaldırmaqda maraqlıdırsa o zaman kənar baxışlara da həssas yanaşmalıdır. Yəqin ki, hesabatda tərəfdaş ölkənin Ermənistan haqda qeyd etdiyi çatışmazlıqlardan nəticə çıxarmaq ən düzgünü olardı».
XS
SM
MD
LG