Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 12:13

Moskvada milis azərbaycanlını təpiklə öldürüb

Moskva vilayəti Daxili işlər Baş İdarəsi xüsusi təyinatlı milis dəstəsinin zabiti Moskvada baş verən dava zamanı əslən Azərbaycandan olan sürücünü öldürüb.

Rusiya mətbuatının yazdığına görə, hadisə dünən 15-ci park küçəsində mübahisə zamanı baş verib.

Əslən Azərbaycandan olan İzik İsaqov qarnından aldığı təpik zərbəsindən keçinib.

Mərhum Moskvada şəxsi maşını ilə taksi xidməti göstərirmiş.

Milis zabiti hadisə vaxtı xidmətdə deyilmiş.
İstintaq gedir.
This item is part of
XS
SM
MD
LG