Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:20

Əlcəzair prezidenti konstitusiyanı yeniləyir


Əlcəzair prezidenti Abdelaziz Buteflika konstitusiyanın yenilənməsi və demokratiyanın möhkəmləndirilməsini təklif edib.

O belə bir təkliflə cümə günü axşam televiziyada çıxış edib.

Prezident müxalifətin iştirakıyla seçki qanunvericiliyinin dəyişdiriləcəyi, jurnalistlər və bloqqerlərə daha çox azadlıq veriləcəyini vəd edib.

Bu yanvarda ölkədə kütləvi aksiyalar başlayandan bu yana prezidentin televiziya ilə ilk çıxışıdır.

Prezident bu ilin fevralında 19 il idi ki, ölkədə qüvvədə olan fövqəladə vəziyyət rejimini ləğv elədi.
XS
SM
MD
LG