Keçid linkləri

2026, 07 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 21:54

Belqradda hökumət əleyhinə nümayiş keçirilir

Serbiyanın paytaxtı Belqradda hökumət əleyhinə nümayiş keçirilir.

10 minlərlə adamın iştirak etdiyi nümayişi müxalifətdə olan “Tərəqqi” partiyası təşkil edib.

Aksiyaçılar ölkədə vaxtındanəvvəl seçkilər keçirilməsini tələb edirlər.

Partiyanın sədri Tomislav Nikoliç mitinq ərəfəsində bildirib ki, prezident Tadiçin seçkinin vaxtını müəyyən etməkdən başqa yolu olmayacaq.

Bu həftə Nikoliçlə görüşmüş prezident Tadiç isə bildirib ki, Serbiya Avropa Birliyinə üzvlük statusu almayınca bu mümkün deyil.

Müxalifət isə tələbi yerinə yetirilməyincə etiraz aksiyalarının davam etdiriləcəyini bildirib.
This item is part of
XS
SM
MD
LG