Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

«Gallup.azeribloq.com» bloqu niyə bağlanıb?


«Gallup.azeribloq.com» internet bloqunun bağlanmasında heç bir siyasi məna yoxdur». Bunu «Azadlıq» radiosuna «Azeribloq» saytının sahibi Fərhad Əsgərzadə deyib. Bloqun fəaliyyəti iyulun 20-də dayandırılıb. Sayt prezidenti dəstəkləyən «İlhamla İRƏLİ» aksiyasını dəstəkləyənlərin sayının 10 min nəfərə çatması xəbərini şübhə altına qoyub. Təşəbbüsə qoşulanların artıq 10 min olması xəbərini «İlhamla İRƏLİ» hərəkatı yayıb.


«Azeribloq» saytının sahibi Fərhad Əsgərzadə isə deyir ki, bloqda yalnız bir yazı var idi, həmin yazı isə «Azeriblog» İdarə Heyətinin qaydalarına zidd olub. «Bloqun sahibi özündən heç bir fikir, heç bir şərh verməyərək başqa saytın istifadəçilərinin şəkillərini yerləşdirib. Ona görə də saytın idarəçiləri bizə məktub göndərib xahiş etdilər ki, müəllif hüquqlarına riayət etmədiyinə görə bloqdakı məlumatı silək. Biz bloqdakı məlumatı silməyə icazəmiz olmadığına görə, istifadəçiyə məktub yazdıq ki, sayt sahibi razı deyil ki, onun saytının materialları başqa yerdə olsun. Əgər bloq sahibi həmin yazını silsə, bloq yenidən bərpa olacaq, silməsə hələlik bağlanmalıdır».


«Gallup.azeribloq.com» bloqu 8 aydır davam edən «İlhamla İRƏLİ» aksiyasına 50-100 nəfərin qoşulduğunu iddia edir. Onların isə əksəriyyətinin 18 yaşlı gənclərdən ibarət olduğunu qeyd edir.


XS
SM
MD
LG