Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 16:47

«Metroda hava çatışmır»


«Metronun «Nərimanov» və «Ulduz» stansiyası arasında nəfəs almaq mümkün deyil»
«Metronun «Nərimanov» və «Ulduz» stansiyası arasında nəfəs almaq mümkün deyil»

Bakıda ən çox istifadə edilən və ucuz nəqliyyat vasitəsi şübhəsiz ki, metrodur. Təəssüf ki, Bakı Metropolitenində də xeyli problemlər mövcuddur. Son dövrlər sərnişinləri ən çox narahat edən məsə isə yayın gəlişindən sonra metrodan havanın çatışmazlığıdır. Bu barədə «Yeni Müsavat» yazıb.


«Havaların kəskin şəkildə istiləşməsi şəraitində Bakı Metropolitenində də sərnişinlər üçün ciddi problemlər yaşanmaqdadır. Vaqonlarda kondisionerlər quraşdırılmayıb. Ümumiyyətlə, metropolitenin hava təmizləyici sistemi köhnə olduğundan düzgün işləmir. Müasir tələblərə cavab verən havatəmizləyici sistem quraşdırmaq üçün Azərbaycan hakimiyyəti vəsait tapa bilmir».


Qəzet yazır ki, «bundan əlavə işıq borcu səbəbindən mövcud ventilyasiya sistemi fasilələrlə işləyir. Xüsusən də «Nərimanov» və «Ulduz» stansiyası arasında nəfəs almaq mümkün deyil. Həmin ərazidən kəskin neft qoxusu gəlir».


«Azadlıq» yazır ki, «oliqarx məmurlar YAP-ı ələ keçirir». «Qəzetimizin ötən saylarında YAP-ın rayon təşkilatlarının və Mərkəzi Aparatının oliqarx məmurlar tərəfindən ələ keçirilməsi cəhdləri haqqında məlumat vermişdik. Bildirmişdik ki, hal-hazırda rayonların hamısı müxtəlif məmurların kurasiyasındadır. YAP rayon təşkilatı sədrləri isə bir çox hallarda icra başçısından asılı vəziyyətdə olur. Deməli, məntiqlə rayon təşkilatlarının sədri də məmurların nəzarətindədir».


Qəzet yazır ki, əvvəllər bu cür hallar YAP-ın Binəqədi və Nəsimi rayon təşkilatlarında da baş verib.


Azərbaycanda açıq səma altında etnoqrafik muzey yaradılması istiqamətində müzakirələr gedir. Bu barədə prezidentin də sərəncamı var. Milli Elmlər Akademiyasının şöbə müdiri Emil Kərimov «Azərbaycan» qəzetində bu barədə təkliflərini irəli sürüb. Alim yazır ki, «muzeyin eksponatları içərisində xalq yaşayış evləri, təsərrüfat bitkiləri, sənətkarlıq emalatxanaları əsas yer tutmalıdır».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG