Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:28

«Hamısı boş sözlərdi, zarafat edirlər…»


Bəzi keçmiş sovet ölkələrində əmanətlərin qaytarılması prosesi başa çatıb
Bəzi keçmiş sovet ölkələrində əmanətlərin qaytarılması prosesi başa çatıb

Əhalinin sovet dövründən qalmış əmanətlərin alınması ilə bağlı etdiyi şikayət və gileylər radiomuzun «Qaynar xətt»inin əsas hissəsini təşkil edir. Bu şikayət səsləri içərisində bir çoxlarının qocaldığı da hiss olunur. Amma əmanətlər verilmir ki, verilmir…


Bəzi əmanətçilər deyirlər ki, ölməzdən öncə bu pulu ala bilsələr, yenə sevinərlər. Əmanətlərin hətta prezident seçkisi ilində də verilməsindən söhbət getmədiyindən vətəndaşların onu alacaqlarına inam da qalmayıb. Rəyini öyrəndiyim paytaxt sakinləri də inamsızdırlar.


«İnanmıram ki, pullarımızı qaytarsınlar», «Qaytarılmayacaq. Qaytarılsa indiyə qədər görərdik», «Bunlar hamısı boş sözlərdi, zarafat edirlər…»


Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə isə deyir ki, əmanətlərin həcminin MDB məkanına tətbiq oluna təcrübəyə əsaslanaraq bir neçə ilə verilməsi nəzərdə tutulur.


Maliyyə Nazirliyi və digər qurumlar belə hesab edirlər ki, birdən-birə o qədər pul kütləsinin dövriyyəyə buraxmaq düzgün olmazdır. Çünki onsuz da dövriyyədə olan pul kütləsini daha da artırmağa çətinlik yaradır. Amma buna baxmayaraq bu işlər gedir.


Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev isə deyir ki, əmanətlərin verilməsi haqında qanunun qəbulu iki problemdən asılıdır. Birinci, əmanətlərin həcmidir. Çünki həddindən artıq çoxdur. Onun sözlərinə görə bunları bir dəfəyə qaytarmaq mümkün olmadığından bunu mərhələ-mərhələ etmək lazım gələcək. İkinci problem sənədləşmənin normal olmamasıdır:


«Sovet hökumətinin süqutu və müstəqilliyin ilk illəri elə bir hərc-mərclik yaranmışdı ki, sənədlərin saxlanması qaydaları pozulmuşdu. Digər tərəfdən, o vaxt kütləvi sürətdə saxta sənədlər verilib. Qanunun qəbulu da bu iki problemin həllindən asılıdır».


İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə qeyd olunan səbəblərin reallığa uyğun olmadığını bildirir. Onun sözlərinə görə bu bəhanələr əmanətlərin qaytarılması ilə bağlı hökumətin marağının olmamasını əsaslandırmaq üçün lazımdır:


«Elə bir böyük vəsait tələb olunmur. Ümumi götürdükdə Azərbaycan büdcəsi 600 milyon yeni Azərbaycan manatı itirə bilər. Bu da itki deyil, borcların ödənilməsidir. 600 milyon vəsaiti 6 ilə versələr, bu ildə 100 milyon manat pul edir. Bu da bu gün Azərbaycanda bir körpünün qiymətidir».


Qubad İbadoğlu bildirir ki, keçmiş sovet ölkələrinin əksəriyyətində əmanətlərin qaytarılması prosesi başlayıb və davam edir. Hətta bitəni də var. Amma Azərbaycanda hələ başlanmayıb...


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG