Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:48

Rusiya və Çin mübahisəli əraziləri razılaşdırıb


Rusiya və Çin öz aralarındakı 4300 kilometrlik sərhədin razılaşdırılması barədə müqavilə imzalayıblar. Bu barədə çinli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirirb:


«Artıq qanuni baxımdan bütün işlər görülüb. Rusiya-Çin sərhədi sabit, inkişaf və rifah sərhədinə çevrilir».


Razılaşmanın detalları barədə mətbuata məlumat verilmir. Amma Çinin dövlət qəzeti «Chine daily» qəzetinin yazdığına görə Rusiyanın 174 kv kilometr məsafədə Çin adalarından çəkilməsi ilə razılaşma əldə etmək mümkün olub. Qəzetə görə, Rusiya uzun müddətdən bəri qarşıdurma mövzusu olan və Rusiyada Tarabarov kimi tanınan adadan tam, Bolshoy Ussuriysky adlandırdığı adanın isə yarısından geri çəkilir.


XS
SM
MD
LG