Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə cinayətlərin dinamikasında bir sıra müsbət dəyişikliklər baş verib.
Daxili işlər naziri Ramil Usubov Bakı polisinin 2008-ci ilin birinci altı ayının yekunlarına həsr olunan əməliyyat müşavirəsində belə deyib.
O, deyib ki, qəsdən adam öldürmə və ona cəhdlər 9,2, avtonəqliyyatın oğurlanması 38,5, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 11,5 faiz azalıb. Nazirin sözlərinə görə bəhs olunan dövrdə adamları girov götürmə cinayətləri ümumiyyətlə qeydə alınmayıb.