Tərtərin cəbhə xəttində yerləşən Çaylı kəndi çəyirtkələrin hücumuna məruz qalıb. Sakinlərin sözlərinə görə, ziyanverici həşəratların sayı işğal altındakı ərazilərdə ermənilərin törətdiyi yanğınlardan sonra daha da artıb. Çəyirtkələr kəndin otlaq sahələrinin bir hissəsini məhv edib.
Əvvəllər yalnız otlaqlarda görünən çəyitkələr artıq yonca sahələrinə də daraşıb. Onların yem bitkilərinin yarpaq və gövdəsinin yumşaq hissələrini yeməsi nəticəsində məhsuldarlıq da aşağı düşür.
Tərtər Rayon İcra Hakimiyyətindən bildiriblər ki, çəyirtkələr ermənilərin törətdiyi yanğınlarla əlaqədar işğal altındakı ərazilərdən gəldiyindən ziyanvericilərin kökünü tam kəsmək mümkün olmur. Məlumatı ANSPRESS yayıb.