Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:30

«Bu məhkəmə jurnalistə hücum edənləri gizlətmək məqsədi daşıyırdı»


ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Miklos Haraşti
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Miklos Haraşti
«Sergey Strekalinin məhkəməsi Aqil Xəlili ləkələmək istəyən Azərbaycan hüquq-mühafizə orqanlarının apardığı kampaniyanın kuliminasiyası idi».


ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Miklos Haraşti iyulun 17-də belə deyib. Onun sözlərinə görə, Sergey Strekalinin məhkəməsi Aqil Xəlilə hücum edənləri gizlətmək məqsədi daşıyırdı:


«ATƏT məkanındakı bir ölkədə belə sifarişli və qurama məhkəmələrin təşkili və hüquq-mühafizə orqanlarının hökuməti tənqid edən hər kəsə qarşı qorxu aləti kimi istifadə etməsi utancvericidi».


Bu ilin fevral və mart ayında Aqil Xəlil iki dəfə hücuma məruz qalıb. Bir dəfə döyülüb, ikinci dəfə isə bıçaqlanıb. Birinci iş üzrə cinayət işinə xitam verilib. İkinci iş üzrə isə iyulun 15-də məhkəmə Sergey Strekalin adlı bir nəfərə 1 il 6 ay həbs cəzası verib. Jurnalist onu Strekalinin bıçaqlamadığını, yazılarına görə zorakılığa məruz qaldığını bildirib.


XS
SM
MD
LG