Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:46

«5 qazan» restoranında kütləvi zəhərlənmənin səbəbi açıqlandı


Toyuq budundan hazırlanan dönərin tərkibində külli miqdarda mikroorqanizmlər olub

Gigiyena və Epidemiologiya Mərkəzində laborator müayinə başa çatıb. Məlum olub ki, toyuq budundan hazırlanan dönərin tərkibində külli miqdarda mikroorqanizmlər olub. Mərkəzin əməkdaşı İmran Abdullayev deyir ki, dönər düzgün texnika ilə hazırlanmayıb və saxlanma şəraitinə riayət olunmayıb. Nəticədə isti havada ətdəki mikroorqanizmlər bir az da artıb.


Hazırda «5 qazan»da toyuq və mal ətindən hazırlanan dönərin satışı qadağan olunub.


Keçən həftə sözügedən restoranda 12 nəfər dönərdən zəhərlənib.


Günün bütün mövzuları

XS
SM
MD
LG