Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:13

Çarşab geyinən qadına vətəndaşlıq verməkdən imtina edildi


Çarşab vətəndaşlığa mane oldu
Çarşab vətəndaşlığa mane oldu

Fransa məhkəməsi çarşab geyinən müsəlman qadına vətəndaşlıq verməkdən imtina edib.


Məhkəmə bildirib ki, Faiza adlı qadın hələ fransız cəmiyyətinə uyğunlaşmayıb.


Fransa müsəlman immiqrantların dünyəviliyinin tərəfdarıdır.


2004-cü ildə Fransa hökuməti məktəblərdə baş örtüyünü və digər dini simvolları qadağan edən qanun qəbul edib.


Buna baxmayaraq, tənqidçilər Fransanın ədliyyə sistemini islama tolerant yanaşmamaqda ittiham edir. Qərbi Avropa ölkələrindən müsəlmanlar daha çox Fransada yaşayır.


XS
SM
MD
LG